Gündəm

Onlar 30 il sonra Novruzu bayram kimi qeyd edəcəklər...
DİA.AZ: - Azərbaycan Televiziyası Novruz bayramı günlərində yeni sənədli filmin təqdimatını edəcək.
DİA.AZ xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "Bir başqa yaz” adlı film Vətən müharibəsindən əvvəl cəbhəyanı kəndlərdə və şəhərlərdə sakinlərin həyat tərzindən, gündəlik yaşamından bəhs edir.
Filmdə münaqişə dövründə düşmənin atəşkəsi pozması nəticəsində ən çox ziyan çəkmiş rayon və kəndlərdə - Tovuzun Dondar Quşçu, Əlibəyli kəndlərində, Tərtərdə, Goranboyun Tapqaraqoyunlu kəndində çəkilişlər aparılıb.
"Bir başqa yaz” sənədli filmində müxtəlif sahələr üzrə fəaliyyət göstərən qəhrəmanların həyatı əks olunub. Onlar Vətən müharibəsindən əvvəlki və 4 ay sonrakı həyatını danışır.
Onlardan bəziləri Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində evsiz qalıb, Prezident İlham Əliyevin sərəncamları ilə onlar üçün evlər tikilib. Filmin qəhrəmanları bu Novruz bayramını yeni evlərində, güllə səsi olmadan qeyd etdikləri üçün sevinclərini dilə gətiriblər.
Qəhrəmanlardan biri bu bayramın düşərli olduğunu deyir: "Güllə atılanda bilmirdik haraya qaçaq. Bayram süfrəmiz ortada bəzəkli, bişirdiyimiz stolda qalırdı”.
Digər qəhrəman isə indi rahat şəkildə bir yerə yığışdıqlarını, bayramı bayram kimi qeyd edə bildiklərini dilə gətirir.
Sənədli filmdə Prezident İlham Əliyevin Tərtərə səfəri zamanı görüşdüyü şəhər sakini Maya Səfərova da fikirlərini bölüşüb.
Azərbaycan Televiziyasının təqdim etdiyi "Bir başqa yaz” sənədli filmi həm də Novruz bayramını, elimizin bu bayramla bağlı adət-ənənəsini tamaşaçıya çatdıracaq.
Film 20 mart saat 21:00-da AzTV-də yayımlanacaq.


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər