Gündəm

Pensiya alanların sayı azalır, yoxsa AZALDILIR?..
Bu ildən etibarən Azərbaycanda kişilərdə pensiyaya çıxmaq yaşı 65 yaş olacaq. Qadınlarda isə 2027-ci ilədək hər il altı ay artırılaraq 65 yaşa çatdırılacaq. Pensiya yaşının artırılması ölkədə pensiya alanların da sayınız azalmasına səbəb olub.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2006-cı ildə Azərbaycanda hər 1000 nəfərin 162-si pensiya alıb. Ötən il bu göstərici 128-ə düşüb. Yəni, son 14 il ərzində Azərbaycanda hər 1000 nəfərə düşən pensiyaçıların sayı 21 faiz azalıb.
Qeyd edək ki, MDB ölkələrində pensiya alanların sayı Azərbaycanla müqayisədə daha çoxdur.

Məsələ ilə bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, Azərbaycanda pensiya qanunvericiliyi ən çox dəyişikliyə məruz qalan sahələrdəndir:

"Təəssüf ki, hələ də ortaq məxrəc tapılmayıb. İnsanların pensiyada qalma müddəti qanunda 12 il göstərilsə də, pensiya kapitalı vətəndaşın pensiya təminatını təmin etməlidir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin statistikasına görə, Azərbaycanda orta yaş həddi kişilərdə 72 yaş yarım, qadınlarda isə 77 yaşdır. Beləliklə, kişilər təqribən 7 il yarım pensiyada qala bilirlər. Qadınlarda isə indiki halda bu müddət normaldır. Lakin digər ölkələrin təcrübəsinə baxdıqda görürük ki, bəzi dövlətlərdə pensiyaya çıxma yaşı 70-dir. Bu ölkələrdə səhiyyə sistemi o dərəcədə mükəmməldir ki, insanlar uzunömürlüdür”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda xarici ölkələrdən fərqli olaraq cəmi bir dövlət pensiya fondu var, özəl fondlar yoxdur:

"Vətəndaş işlədiyi zaman məcbur olaraq sığorta kapitalı ödəyir. Bu, əmək haqqı ilə nisbətdə böyük məbləğ edir. Hesab edirəm ki, Gürcüstan modelinə keçmək daha yaxşı olardı. Gürcüstanda sosial vergi var və Dövlət Sosial Müdafiə Fondu deyilən bir qurum yoxdur. Bu funksiyaları Maliyyə Nazirliyi həyata keçirir. Pensiya da Maliyyə Nazirliyi tərəfindən vahid xəzinədarlıqdan ödənilir.

Heç vaxt pensiyanın verilməsində gecikmələr olmur. Çünki sosial vergi olaraq əmək haqqında 20 faiz tutulan vergi həm sosial təminatı təmin edir, həm işsizliklə bağlı müavinətlər verilir. Bu faiz bizdə yüksək olduğu üçün vətəndaşları təmin edə bilmirik. Digər MDB ölkələrində pensiya alanların çox olma səbəbi insanların sağlam həyat sürməsi, dövlətin mükəmməl səhiyyə sisteminin və uzunömürlülüyün olmasıdır.

Təəssüf ki, Azərbaycanda Ermənistanın təcavüzü nəticəsində vaxtilə 1 milyona yaxın vətəndaşımızın köçkün düşməsi və stresslər yaşaması ucbatından onların ömrü azalıb. Beləliklə, bizdə pensiya yaşında olanların sayı digər ölkələrə nisbətən aşağıdır”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər