Gündəm

Deputatın Rusiyadakı azərbaycanlılarla bağlı çağırışına reaksiya: “Mümkün deyil”
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Rusiya hökuməti orada yaşayan azərbaycanlılardan vergi tutursa, Azərbaycan tərəfi vergi tuta bilməz”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yenə cəmiyyətdə narazılıqlara səbəb olan açıqlama verib. O, bu yaxınlarda Bakıda keçirilən MDB dövlətlərinin Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı deyib ki, Rusiyada işləyən azərbaycanlılar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödəməlidirlər.

"Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanlı işləyir, onlar Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəməlidirlər. Ona görə bu məsələ üzərində iş aparılmalıdır”, – deyə deputat vurğulayıb.

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev isə bu yanaşmanın yanlış olduğunu qeyd edib: "Rusiyada yaşayan və işləyən azərbaycanlılar əldə etdikləri qazancın vergisini də Rusiya hökumətinə ödəməlidirlər. Dünyada ikiqat vergidən yayınma üzrə sazişlər mövcuddur. Yəni ki, Rusiya hökuməti orada yaşayan azərbaycanlılardan vergi tutursa, Azərbaycan tərəfi vergi tuta bilməz”.

Ekspertin sözlərinə görə, vətəndaşlar öz ölkələrində işlə təmin olunsalar, vergilərini də burada ödəyərlər: "Heç bir Azərbaycan vətəndaşı öz istəyi ilə Rusiyaya getməyib. Daha dəqiq desək, çarəsiz şəkildə və ağır şərtlər altında ölkəni tərk ediblər. Belə olan halda vətəndaş Rusiyada iş tapsın və vergini Azərbaycana ödəsin? Əgər vətəndaş vergi ödəməlidirsə, konstitusiya qaydalarına da əməl olunmalıdır. Yəni hər bir vətəndaşı öz biliyinə və imkanlarına görə işlə təmin etmək hökumətin borcudur. İnsanlar öz ölkələrində iş tapsalar, vergi də ödəyərlər”.

"Əvvəlcə ondan danışmaq lazımdır ki, vətəndaşın Azərbaycana qayıdıb-qayıtmayacağı məlum deyil. Hökumətlərin bir-biri ilə pensiya sazişləri var. Pensiya sazişinin mahiyyəti də ondan ibarətdir ki, vətəndaşlar pensiya yaşına çatdıqdan sonra öz ölkələrinə qayıdanda, həmin dövlətlər onlara pensiya ödəməyə borcludur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Ona görə də bu sahədə məlumatlı olan insanın bu cür yanaşma tərzi qəbulolunmazıdır”, – müsahibimiz vurğulayıb.

AYNA-ya danışan hüquqşünas Adəm Məmmədov da deputatın təklifinin mümkünsüz olduğunu deyib: "Rusiyada fəaliyyət göstərən azərbaycanlı Rusiya qanunlarına tabe olmalı, vergisini də ora ödəməlidir. Ümumiyyətlə, Azərbaycanda şəxsi kapitalın olmalıdır. Kapital yoxdursa, pensiya almaq da çətinləşir. Pensiyaya düşmək üçün də balansında 16400 manat vəsait olmalıdır. Belə olan halda da, Rusiyada yaşayan azərbaycanlı DSMF-ə tələb olunan məbləği ödəməyibsə, penisya hüququndan məhrum edilir”.

"Rusiyada yaşayan azərbaycanlı bura gəlməli və büdcəyə 16400 manat ödəməlidir ki, hər ay 150 manat pensiya alsın. Əslində qanun belə olmalıdır ki, yığılan pul vərəsə kimi vətəndaşın yaxınlarına çatsın. Bir sözlə, düşünürəm ki, ölkəmizdə pensiya qanunverciliyi tamamilə yanlışdır”, – A.Məmmədov əlavə edib.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər