Sosial

“DSMF-dən bildirdilər ki, get, 67 yaşın olanda gəlib müraciət edərsən” - 65 yaşlı Bakı sakini ona pensiya verilməməsindən şikayətçidir
 
 

 
 
 
 

 
 
 
 
 

Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 12-də qeydiyyatda olan, Xəzər rayonu, Bilgəh qəsəbəsi, Həci Hacağa küçəsi ev 36-da yaşayan Canbaxışov Cavanşir Kamal  oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

"Bir Azərbaycan vətəndaşı kimi, qanunvericiliyə uyğun olaraq, yaşa görə pensiya hüququmdan istifadə edib, pensiyaya çıxmaq istəyirəm. Mənim bu il 65 yaşım olduğuna görə pensiyaya çıxmalı idim. Lakin çox təəssüflər olsun ki, 1971-ci ildən matros kimi əmək fəaliyyətinə başladığımdan və 2006-ci ilə qədər müxtəlif sahələrdə əmək fəaliyyətində olmağıma baxmayaraq, üst-üstə 26 il staj sahibiyəm. Məni Sosia Təminat Nazirliyinin DOST xidmətindən, DSMF-dən bildirdilər ki, "get, 67 yaşın olanda gəlib müraciət edərsən”. 

Axı hazırda Azərbaycanda kişilər 65 yaşdan əmək pensiyasına çıxırlar. 2006-cı ildən səhhətimdə yaranan problemlərlə bağlı əmək fəaliyyətini davam etdirə bilmədim. Tromblaşma xəstəliyim olduğuna görə. İndi məndən tələb edirlər ki, sənin sosial kartın yoxdur, get kart al.

Nazirliyin idarəsi təqdim etdiyim əmək kitabçama inanmır. Deyirlər ki, get işlədiyin bütün idarə və müəsssələrdən arayış gətir, təqdim et ki, sən həqiqətən əmək kitbaçasında qeyd edildiyi kimi həmin idarələrdə işləmisən.

Bir neçə idarədən belə bir arayış ala bilsəm də, əsas iş yerim olan Azərbaycan Dəmir Yolları İdarəsindən belə arayışı alıb gətirə bilmədim. İdarədən dedilər ki, bütün sənədlər it-bata düşüb. İndi bu qoca və xəstə vaxtımda qapılara düşüb arayışların hamısını toplamaq qeyri-mümkün olub. Axı, mən əlimdəki əmək kitabçasını təqdim edirəm ki, ən azı 26-27 il əmək stajına malikəm. Mən möhürlü, imzalı əmək kitabçası təqdim etsəm də, baxmaq istəmirlər. Necə olur ki, bu vaxta qədər bütün dünya ölkələrində əmək kitabçasına əsasən vətəndaşlar pensiyaya çıxdığı halda, bizim ölkədə bu sənədə əhəmiyyət vermirlər? O zaman qoy nazirlik zəhmət çəkib mənim əmək kitabçamı ekspertiza şöbəsinə göndərsin. Əgər hər hansı saxtakarlıq halı qeydə alınarsa, məni ömürlük pensiya hüquqmdan məhrum etsinlər.

Mən fiziki şəxsəm və bəyan edirəm ki, əmək kitabçama edilən qeydlərin mənə heç bir dəxli yodur. Qoy DSMF özü mənim sənədimi yoxlasın, bu, onların vəzifə borclarıdır. Məni gedər-gəlməzə salmaqla nazirlik əməkdaşları sanki oyunbazlıqla məşğuldurlar.  Və sözün əsil mənasında bürokratiya və süründürməçilk edirlər. 

Çox hörmətli Prezident!

Hesab edirəm ki, mənim timsalımda digər insanlara qarşı da pensiya təyin olunmasının qarşısını bilərəkdən almış Əmək və Əhalinin Sosial Təminat Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondu rəhbərliyinin qanunazidd hərəkətlərinin qarşısı tezliklə alınmalı, qanunvericiliyə uyğun olaraq mənə əmək pensiyası təyin olunmalıdır. Odur ki, Sizdən xahiş edirəm, qanunvericiliyə uyğun olaraq mənə pensiya təyin olunmasına köməklik göstərəsiniz”.

Hazırladı: İ.SABİRQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər