Sosial

Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə! - NAZİRLİKDƏN AÇIQLAMA
 
 

 
 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan vətəndaşlarının pensiyaya çıxması üçün tələb edilən şərtləri açıqlayıb.
Xeberekspress.az xəbər verir ki, nazir müşaviri Mustafa Abbasbəylinin sadə şəkildə açıqladığı bu tələblər iş stajına, vətəndaşın pensiyaya çıxana qədər fərdi hesabına topladığı vəsaitə və digər məqamlara aiddir. Beləliklə…

Pensiya hüququ əldə etmə şərtləri
1. Normal şərtlərdə - 25 il sığorta stajı topladıqda
2. Normal şərtlərdə - minimum pensiya kapitalı (28,800 m.) topladıqda (minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən etibarən bu məbləğ 36 min manata yüksələcək)
3. 1-ci qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda
4. 2 və 3-cü qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda və minimum pensiya kapitalı topladıqda
Başqa sözlə, kimsə maaş azlığından və ya hər hansı səbəbdən minimum pensya kapitalını toplaya bilməyibsə, bu o demək deyil ki, o normal pensiyaya çıxa bilməyəcək. Bunun üçün 2-ci şərtə əməl etmək – 25 il əmək pensiyası toplamaq kifayətdir.

Staj tələbinə əməl edə bilməyənlər isə məbləğin çatışmayan hissəsini özlərindən əlavə edə bilərlər ki pensiya kapitalı tələb olunan həddə çatsın.
1-ci və 2-ci şərtləri yerinə yetirə bilməyənlər isə əvəzinə yaşa görə müavinət alacaqlarhazırda məbləği 130 manatdır.
Pensiya əldə etmə növləri
1. Pensiya yaşına çatdıqda (Kişilər 64,5 / Qadınlar 61,5 yaşında). Yeri gəlmişkən, 2027-ci ildən etibarən həm kişi, həm də qadınlar üçün pensiya yaşı 65 manata yüksələcək.
2. Şəxs əlil olduqda
3. Ailə başçısını itirdikdə (yəni, şəxs vəfat etdikdə onun pensiyasını onun əmək qabiliyyəti olmayan ailə üzvləri alır)
 
3. Güzəştli şərtlərlə pensiya hüququ əldə etmə şərtləri
1. Xüsusi kateqoriyalı şəxslər (5-dən çox uşaqlı qadınlar, zərəli işdə işləyənlər, liliputlar və s.) - 5-20 il daha tez hüquq əldə edirlər
2. Hüquq mühafizə orqanlarında işləyənlər - müvafiq kateqoriya üzrə xüsusi staj (15-35 il) topladıqları vaxt hüquq əldə edirlər
 
4. Pensiya məbləğinin hesablanması qaydası
1. Normal şərtlərdə - şəxsin topladığı pensiya kapitalının 90%-i 144-ə bölünməklə alınan məbləğdə
2. Xüsusi şərtlərdə (dövlət qulluqçuları, hərbiçilər, hüquq mühafizə orqanları əməkdaşları, deputatlar, hakimlər və s.) - 2 ilin orta əməkhaqqı məbləğinin 50-80%-i miqdarında
5. Pensiya kapitalının toplanması qaydası
1. Şəxsin muzdlu işdən gəlirlərinin 25%-i miqdarında
2. Vəkillərin, sərbəst mühasiblərin və s. gəlirlərinin 10-15%-i miqdarında
3. Fərdi sahibkarlar minimum əməkhaqqının 10-25%-i miqdarında
4. Pay torpaq mülkiyyətçiləri hər hektara görə MƏH-nın 6%-i miqdarında
6. Nəticə və tövsiyyələr
1. Göründüyü kimi pensiya bir çoxlarının düşündüyü kimi sadəcə qocalıqla əlaqəli bir hüquq deyil. Pensiyaya istənilən yaşda ehtiyac yarana bilər.
2. Maaşlarınızdan ödənilən 25% məbləğ vergi kimi dövlətə əvəzsiz ödənilən bir rüsum deyil. Ödədiyiniz 25%-in 90%-i pensiya zamanı sizə geri ödəniləcək məbləğdir. Üstəlik sizin pensiya hüququnuz yarananadək həmin məbləğ hər il indeksasiya edilərək artırılacaqdır.
3. Başqa sözlə desək maaşlarınızdan ödənilən 25% məbləğ 3-15% illik gəlirliliyə (indeksasiya) malik və arxasında dövlət dayandığı üçün olduqca etibarlı bir investisiya alətidir.

4. Odur ki, sizdən asılıdırsa gəlirlərinizi tam məbləğdə rəsmiləşdirin, sizdən asılı deyilsə rəsmiləşdirilməsini tələb edin.
5. Ödədiyiniz 25%-i itki kimi deyil, əksinə özünüzün və ailənizin bir zəmanət fondu kimi hesab edin.
6. Zəmanət fondunuzda olan məbləği mütəmadi olaraq e-sosial.az portalından izləyin.
7. Mövcud olan pensiyaların azlığına da fikir verməyin. Bunun səbəbi yaşlı nəsilin zamanında kiçik əməkhaqları ilə çalışması və fərdi uçot sisteminin olmamasındadır. Hazırda isə fərdi uçot sistemi var və sizin pensiyanız sizin ödədiyiniz haqlardan asılı olacaq və kifayət qədər yüksək olacaq.(FED)

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər