Gündəm


Bu uşaqlar iki növ müavinəti eyni vaxtda ala biləcəklər
Prezident İlham Əliyevin dekabrın 16-da təsdiqlədiyi yeni qanunlar Azərbaycanda vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, "Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun sosial müavinətlər sisteminin daha da təkmilləşdirilməsinə yönəlməklə, həssas qruplardan olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ailə başçısını itirmiş ailələrin etibarlı sosial təminat sistemi ilə təmin edilməsində daha bir mühüm addımdır.

Nazirlikdən bildirilib ki, qanunda dəyişikliklərdən biri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə başçısını itirdikdə bununla əlaqədar olaraq sosial təminat növünə yaranan hüququnun, onların maraq və mənafeyinin tam təmin edilməsini nəzərdə tutur.

Belə ki, mövcud qanunvericiliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq ailə başçısını itirdikdə, yaxud ailə başçısını itirmiş uşaq sağlamlıq imkanları məhdud hesab edildikdə iki müavinət növündən (yəni sağlamlıq imkanları məhdudluğa, yaxud ailə başçısını itirməyə görə müavinət növlərindən) birini seçə bilər. Qanuna yeni dəyişiklik isə həmin uşaqlar üçün bu məhdudiyyəti aradan qaldırır. Onlar müvafiq hallarda hər iki növ müavinəti eyni vaxtda ala biləcəklər. Bu da həmin uşaqların sosial müdafiəsinin gücləndirilməsində mühüm önəm kəsb edir.

"Sosial müavinətlər haqqında” qanunda əsas dəyişikliklərdən biri də ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, bəzi hallarda ailəyə hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının adambaşına düşən aylıq məbləği ailə başçısını itirməyə görə aylıq sosial müavinətin məbləğindən aşağı olur. Lakin buna baxmayaraq, qanun əmək pensiyası hüququ yarandığı üçün yalnız pensiyanı almağa icazə verirdi. "Sosial müavinətlər haqqında” Qanunda yeni dəyişiklik nəticəsində belə hallarda ailənin maddi durumunun yaxşılaşması məqsədilə bundan sonra ailəyə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququ veriləcək. Yəni ailə başçısını itirmiş ailə onun üçün nəzərdə tutulan sosial təminat növlərindən hansı (pensiya və ya müavinət) daha çox məbləğdədirsə, onu seçəcək. Qeyd edək ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik də ailə başçısını itirmiş ailəyə bu seçim hüququnu verir.

Qanunda əsas dəyişikliklərdən biri də yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinin artması nəticəsində yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında yaranmış ciddi uyğunsuzluğun aradan qaldırılmasına yönəlib. Belə ki, dəyişiklik yaşa görə müavinət hüququ yaranan yaş həddinin pensiya yaşı həddi ilə eyniləşdirilməsini nəzərdə tutur.

"Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”Azərbaycan Respublikasının Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manata çatdırılıb. Bu da ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verir. Qeyd edək ki, ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib.

Son xəbərlər

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər