Sumqayıt şəhərində yük qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə şəhərin Haci Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, yük qatarı ilə avtobus toqquşub. Nəticədə Sumqayıt şəhər sakini, teplovozun bələdçisi Mübariz Abdullayev ölüb.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.