Hadisə
Hadisə
Sabirabadda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb
Sabirabadda baş verən qəzada 3 nəfər xəsarət alıb.
Mumtv.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Zal Qarağac kəndində qeydə alınıb. "VAZ-2107” markalı avtomobillə "Mercedes” markalı minim maşınının toqquşması nəticəsində ikisi qadın və biri kişi olmaqla 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla araşdırma aparılır.