Hadisə
Hadisə
“VAZ”la yük maşını toqquşdu, sürücü öldü
Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, qəza iyunun 21-də saat 20 radələrində qeydə alınıb.
Kənd sakini Təhməz Məmmədovun idarə etdiyi "VAZ-21074” markalı avtomobillə Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi "İsuzu” markalı yük avtomobili toqquşub. Nəticədə T.Məmmədov hadisə yerində ölüb, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdiriliblər.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.