Gündəm
Gündəm
Bakıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO
Kanal14 xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Bahar qəsəbəsində "Tofaş" və "Opel" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "Opel"in sürücüsü İntiqam Məmmədov, "Tofaş"ın sürücüsü 1984-cü il təvəllüdlü Səfərov Fərhad Nazim oğlu və sərnişinləri - 1984-cü il təvəllüdlü Ustinov Sergey Qriqori oğlu, 1992-ci il təvəllüdlü Qasımova Zəminə İbrahim qızı və 1995-ci il təvəllüdlü Abuluaslanov Sərxan Xaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./APA