Gündəm

Həkimdən buzlu yollarda xəsarət almamaq üçün tövsiyələr
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ötən gecədən yağan qar hələ bir neçə gün həyatımıza təsir edəcək. Uşaqlar qarı çox sevsə də, mövcud hava şəraiti böyüklər üçün bir o qədər də ürəkaçan deyil. Yollar buz bağladığından müəyyən narahatlıq yaşanır. Artıq səhər saatlarından etibarən 39 nəfər paytaxt sakini yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qarlı havada hərəkət məhdudlaşır. Buzlu yollarda yerimək isə kifayət qədər təhlükəlidir. Sürüşkən küçə və və prospektlərdən keçərkən diqqətli olmaqda fayda var.

Bütün hallarda hər vəziyyətdə hazırlıqlı olmaq və travmalardan özümüzü qorumaq üçün nə etməliyik?

 

Bu barədə Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimova məlumat verib. Onun sözlərinə görə, insanlar özlərini travmalardan qorumaq üçün diqqətli olmalıdırlar:

"Qarlı havada müəyyən tövsiyyələr var ki, hər kəs üçün faydalı olar. İnsanlar hava şəraitini nəzərə alıb gedəcəkləri yerə gecikməmək üçün bir qədər vaxtı nəzərə almalıdırlar. Yol üçün daha çox vaxt ayırmaq və tələsməmək tövsiyə olunur. Qarlı havada və buzlu yollarda daha diqqətli olmalısınız. Tələsik hərəkətlər sürüşkən yerdə yıxılmaların və travmaların sayını artıra bilər. Telefonunuzu əlinizdə saxlamayın, diqqətiniz yolda olsun.

Ayaqqabılarınızı seçərkən alt hissəsinin xüsusi sürüşməyə qarsi naxışla olmasına diqqət edin. Xüsusi ayaqqabı yoxdursa, siz quru ayaqqabının altına leykoplastır yapışdıra bilərsiniz. Bu sürüşkənliyi azaldacaq. Ayaqqabınız ayaqda kip oturmalıdır, bu halda sürüşmə riski daha azdır.

Kiçik addımlarla gəzin, sürüşkən yerlərdə pəncənizi tam yerə basaraq hərəkət edin. Bu yerişə "pinqvin” yerişi deyirlər. Qar və buz şəraitində hərəkət edəndə bu canlının yerimə təcrübəsi faydalıdır. Pilləkənlərdən düşəndə və ya qalxanda sürahilərdən istifadə edin.

Əgər yıxılma qaçılmazdırsa, çalışın böyürüstə yıxılın. Bu, ən təhlükəsiz variantdır. Əzələdə və vətərlərdə travma zamanı ilk yardım kimi buz və reseptsiz verilən ağrıkəsicilərdən istifadə edə bilərsiniz. Travma alan tərəfi çalışın hərəkətsiz saxlayın. Sınıq və başqa ciddi fəsadı istisna etmək üçün həkimə müraciət edin.

Barmaqlarınız soyuqda donubsa ilıq suda saxlaya bilərsiniz. Suyun qaynar olmamasına diqqət edin. Bu temperaturun tənzimlənməsinə kömək edə bilər".


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər