Gündəm

Bakı ilin ən soyuq gününə necə hazırlaşıb?
Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyinə dair proqnoz verilir.

Lakin bu dəfə arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək, Azərbaycanı əhatə edəcək. Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

"Soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq. Mərkəzi Rusiya üzərində olan antisiklonda atmosfer təzyiqi 780 mm civə sütunu təşkil edir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu, çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq", - deyə o bildirib.

Maraqlıdır, kommunal xidmət qurumları ilin ən soyuq gününə necə hazırlaşıb? Əlavə tədbirlər görülübmü?

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda gücləndirilmiş iş rejimində çalışırlar:

"Ərazilərə əlavə maşın mexanizmləri, materiallar cəlb olunub. Qəza xidmətimiz 24 saatlıq fəaliyyət göstərir. Növbəlilik iş prinsipi tətbiq olunub. Yəni qabaqlayıcı bütün tədbirləri görürük".

"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, havaların soyuq keçdiyi günlərdə təlabat artdığından sutkalıq qaz qəbulunda artım müşahidə olunur:

"Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan sonra "Azəriqaz” İstehsalat Birliyi fevral ayının 17-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Növbəti daha kəskin soyuq qış günlərinin fevral ayının 23-dən müşahidə ediləcəyini nəzərə alaraq, Birliyin müvafiq strukturlarına bir daha işlərinə məsuliyyətli yanaşmaları barədə baş direktor Ruslan Əliyev tərəfindən tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun normal rejimlərdə paylanılması, növbəli iş rejimlərinin düzgün təşkili diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq".

"Azəriqaz" İB-dən abonentlərə bildirilib ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər:

"Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər. Əlavə olaraq qeyd etmək istərdik ki, fevral ayının 17-dən bu günə qədər sutkalıq təbii qaz qəbulunda artım müşahidə edilməkdədir. Təqribən qəbul olunan qazın həcmi sutkalıq 32-35 milyon kubmetr arasında dəyişir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta sutkalıq 8 milyon kubmetrədək artımın müşahidə olunduğu günlər var. Bu həcmdə qazın qəbulu artan təlabatdan irəli gəlir. Belə ki, 2 milyon 400 minə yaxın əhali abonentinin istifadəsində olan qaz cihazlarının soyuq vaxtlarda işlək saatlarının müddəti uzanır və bu da, sonda abonentin ümumi sərfiyyatında artım kimi qaz sayğaclarında qeydə alınır".

Son xəbərlər

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Bütün xəbərlər