Gündəm

Deputat:
Son dövrlər bir sıra ölkələrdə sosial şəbəkələrə tənzimləmələrin gətirilməsi ilə bağlı geniş müzakirələr aparılır. Hətta bəzi ölkələrdə bu prosesə başlanılıb, hətta müəyyən qanun qəbul edən ölkələr də var.

Belə ki, hazırda informasiya texnologiyalarının inkişafı, informasiya mübadiləsi cəmiyyətdə informasiya axınının surətlənməsinə, bu isə öz növbəsində ictimai münasibətlərdə çevik dəyişikliklərə gətirib çıxarır. Bu baxımdan sosial şəbəkələr vasitəsi ilə 3 kateqoriyada ciddi dəyişikliklər baş verməsi potensialı böyükdür. Bu sıraya şəxslər arasında olan münasibətləri, cəmiyyətdə əsas götürülən milli-mənəvi dəyərləri və əlbəttə ki, dövlətin təhlükəsizliyi ilə bağlı olan münasibətləri aid edə bilərik. Qeyd etdiyimiz bu 3 məsələyə sosial şəbəkələr vasitəsilə zərərin yetirilməsi üçün ciddi təhlükə potensialının olduğunu aydın şəkildə görə bilərik. Bu mənada əgər şəxslərin bir-birinə, eyni zamanda cəmiyyət və dövlət əleyhinə hərəkətlərinə görə məsulliyyəti qanunvericilik aktları ilə tənzimlənirsə həmin standartlar eyni zamanda şəxsin sosial şəbəkələrdə olan davranışlarına da tətbiq edilməlidir. Son günlərdə Azərbaycan-Ermənistan arasında olan hərbi münaqişənin alovlanması zamanı baş verən informasiya müharibəsində yanlış məlumatların nə dərəcədə təhlükəli, ajotaj yarada biləcək gücdə olduğunu müşahidə etdik.

Bu dövlət təhlükəsizliyi üçün kifayət qədər vacib və aktual olan məsələdir. Bu baxımdan sosial şəbəkələrdə yanlış fikirlərin dolaşması kifayət qədər sürətli baş verir, bu isə dövlət, cəmiyyət və şəxslərin qanunla qorunan mənafelərinə də mənfi təsir göstərir.

Biz sosial şəbəkələrin zərərlərini 2 hissəyə ayıra bilərik: 1) Şərəf, ləyaqət, yaxud qanunla qorunan ictimai maraq və mənafelərə zərər vurulması bağlı konkret subyekt və ya obyektə yönələn zərərlər – bu halda zərərin yönəldiyi konkret hədəf rahatlıqla müəyyən olunduğu üçün onunla çevik mübarizə aparmaq mümkün olur.

2) Dövlət və ictimai təhlükəsizliyə aid olan, konkret subyekt və obyektə bilavasitə deyil, dolayı yolla yönələn zərərlər – bu halda zərərin yönəldiyi konkret hədəf rahatlıqla müəyyən edilə bilinmədiyi üçün onunla çevik mübarizə aparılması mümkün olmur.

İctimai şəkildə ajotaja səbəb ola biləcək informasiyaların sosial şəbəkələr vasitəsilə paylaşılması buna bariz nümunə hesab edilə bilər. Xüsusilə pandemiya dövründə bəzən həqiqi olmayan, insanlar arasında təşvişə səbəb olan bir sıra paylaşımların şahidi olmuşduq. Əlbəttə ki, bu tipli paylaşımların zərər vurduğu obyekt konkret subyektlər deyil, ictimai təhlükəsizlikdir. İctimai təhlükəsizlik isə birbaşa dövlət təhlükəsizliyi ilə bağlıdır, həmçinin onun təmin edilməsi cəmiyyətin sabitliyi baxımından kifayət qədər vacib nüansdır.

Bu məqamda, xüsusilə ötən illərdən bəri rastlaşdığımız ciddi bir problem də var: dini ekstremizm məzmunlu və yanlış dini baxışların paylaşılması. Əlbəttə ki, yanlış, daha çox dini xürafat məzmunlu paylaşımlar etmək, insanların dini bilgisizliyindən istifadə edərək həqiqi olmayan məlumatlar yaymaq, onların surətli şəkildə təsir altına düşmələrinə səbəb olur. Sonradan həmin yanlış olan məlumatlar insanların fərdi təsəvvüründə doğru və həqiqət kimi qavranılır. Bu isə kifayət qədər ciddi sosial problemdir, dolayısı ilə dövlət təhlükəsizliyinə ciddi təhdiddir. Bu səbəbdən xüsusilə də bizim dövlət təhlükəsizliyimiz üçün son dərəcə vacib olan qeyd etdiyimiz dini radikal fikirlərin sosial şəbələrdə paylaşılmasıyla bağlı xüsusi tənzimləmələrin qanunvericiliyə gətirilməsinə ciddi ehtiyac olduğunu düşünürəm. Eyni zamanda sosial şəbəkələrdə tənzimləmələrin gətirilməsinin vacib olduğu başqa bir məsələ isə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlıdır.

Cənab Prezident yeni Təhsil nazirini təyinatı ilə bağlı videoformatda qəbul edərkən xüsusilə gənc nəslin, məktəbyaşlı uşaqların tərbiyəsinin vacibliyini önə çəkdi. Cənab prezident öz çıxışında bildirdi ki, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Bu mənada sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin əleyhinə yönələn hər hansı çağırışların, hərəkətlərin yayılmasına, yetkinlik yaşına çatmayan şəxslərin təlim-tərbiyəsinə zidd yönəlməsinin qarşısının alınmasına ciddi ehtiyac var. Qeyd edilənlərə uyğun olaraq, fikirlərimizi ümumiləşdirsək bildirə bilərik ki, ictimai və dövlət təhlükəsizliyi baxımından sosial şəbəkələrdə zərərli çağırışların qarşısının çevik alınması zərurəti mövcuddur və bu sahədə hüquqi tənzimləmələrin tətbiq edilməsi zamanın tələbidir.

Ceyhun Məmmədov

Milli Məclisin deputatı


Son xəbərlər

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır? - MÖHTƏKİR MARAĞI...

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir

Azərbaycanda aylıq minimum əməkhaqqı ilə bağlı yenilik ola bilər

BDU 136 boş vəzifəni müsabiqəyə çıxardı

Azərbaycanda yeni növ radarlar — Qayda pozduğunuzu dərhal biləcəksiniz

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

Bütün xəbərlər