Cəmiyyət

İndi hər 10 nəfərdən 8-ni bu sual düşündürür: Dünyada nə baş verir?

Həqiqətən, çox müəmmalı və çətin bir prosesdən keçirik. Gah deyirlər, dünya bölüşdürülür, gah deyirlər, insan sayı azaldılır, gah deyirlər, 5G ilə bağlı oyundur, hamıya çip qoşacaqlar...

Açığı, bu 5G məsələsinə barmaqarası yanaşırdım. Lakin Feysbukda 5G ilə bağlı yayımlanmış neqativ məzmunlu xəbərlərin sözügedən şirkət tərəfindən bloklanması məni xeyli təəccübləndirdi. Əslində, Feysbukun və digər sosial şəbəkələrin ABŞ-ın maraqlarına xidmət etməsi haqda nümunələrə daha əvvəl də rast gəlmişdik. Elə bir neçə gün əvvəl Feysbuk rəhbəri Mark Zukerberqin Trampın şiddət məzmunlu paylaşımını silməməsini xatırlamaq kifayət edər. Məlumat üçün qeyd edim ki, həmin paylaşımı silməmək Zukerberqin reklam gəlirlərinin azalmasına və 7,2 milyard dollar itirməsinə səbəb olub.

Bildiyimiz kimi, sosial şəbəkələr təkcə insanlar arasında ünsiyyət, tanışlıq vasitəsi yox, həm də böyük informasiya hovuzudur. Dünyanın nüfuzlu agentlikləri, media orqanları bu platforma üzərindən xəbərlərini yayımlayırlar, mənsub olduqları dövlətlərin siyasətini təbliğ edirlər. Sosial şəbəkələr artıq ölkələrin bugününü, gələcəyini müəyyən edir. Bir çox ölkələrdə insanlar məhz sosial şəbəkələr vasitəsilə təsir altına alınır, inqilablar edilir.

Bu mənada getdikcə sosial şəbəkələr ABŞ-ın maraqlarına xidmət edən "soyuq silah” halını almaqdadır. Hazırda isə çox rahat şəkildə özlərinə sərf etməyən bir informasiyanı bloklayırlar. Feysbukun 5G ilə bağlı xəbərə görə hansısa səhifəni bloklaması daha böyük problemlərin xəbərçisi ola bilər.

Təsəvvür edin, sabah hansısa erməni milyarder Zukerberqə pul verir və deyir ki, Dağlıq Qarabağın Azərbaycana aid olmasını bildirən bütün xəbərləri blokla. Təhlükənin fərqindəsinizmi?

Söz və ifadə azadlığının əsas məkanı kimi tanınan sosial şəbəkələr getdikcə demokratik prinsipləri pozur və birilərinin əlində alətə çevrilir. Artıq 2-3 gündür ki, sosial şəbəkələr homoseksualların, ümumiyyətlə, LGBT-nin bayraqları ilə dolub-daşır. Maraqlıdır, LGBT-nin təbliğatını təhlükə kimi görməyən Feysbuk 5G haqda neqativ informasiyanı niyə balta-bıçaqla qarşılayır?

Deməli, 5G məsələsinin ABŞ-ın hansısa planının bir parçası olması haqda iddialar heç də boş deyil. Deməli, həqiqətən də hazırda dünyada hansısa proseslər gedir, lakin biz hiss etmirik.

Bəlkə də yaxın vaxtlarda bizə daha böyük maska lazım olacaq.

Hələlik isə tibbi maska taxıb, sosial məsafəni qoruyaq.

(Axar.az)

Son xəbərlər

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Bütün xəbərlər