Gündəm
Gündəm / Hadisə / Dünya
İsrail İrana zərbə endirdi
İsrail İrana qabaqlayıcı zərbə endirib.
MUMtv.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.
Onun sözlərinə görə, ölkənin bütün ərazisində fövqəladə vəziyyət elan edilib.
"İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib", - nazir bildirib.
Qeyd edək ki, İsrailin bütün ərazisində sirenlər işə düşüb, mülki əhali sığınacaqlara yaxın olmağa çağırılıb.
28-02-2026, 11:15
