Gündəm


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təminatına xidmət edən məqsədli proqramların həyata keçirilməsi ilə bağlı işəgötürənlər üçün müsabiqə elan edir.

MUMtv.az xəbər verir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər daxildir.
Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən işəgötürənlər müraciət edə bilərlər:

– Son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;

– Son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən;

– Boş iş yerləri barədə məlumatları vakansiya bankına təqdim edən;

– İqtisadi fəaliyyət növü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, emal sənayesi, topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiri, yaşayışın təşkili və ictimai iaşə, istirahət, əyləncə və incəsənət sahəsi üzrə olan;

– Dövlət, bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin isə müsabiqədə iştirakına yol verilmir.

Müsabiqədə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan, əmək bazarında ən çox tələb olunan peşələr üzrə məqsədli proqramlar təqdim edən işəgötürənlərə üstünlük veriləcək.

Hər bir işəgötürən müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər və layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox ola bilməz.

Müsabiqədə qalib gələn işəgötürənlərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün iş yerlərinin yaradılması ilə bağlı xərclərinin 75 faizədək hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödəniləcək.

İşəgötürənlər buradakı link vasitəsilə müsabiqədə iştirak üçün müraciət edə bilərlər.





9-10-2025, 15:29

Son xəbərlər

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirdi - Foto

Qəzzada atəşkəsin müşahidəsini aparacaq ABŞ hərbçiləri İsrailə çatıb

Seysmoloji Mərkəzdən Bakıda vulkan püskürməsi ilə bağlı açıqlama

“Xəmsə xalçayuma” dan şikayət

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

AYNA-nın aeroportda taksi dəyişikliyindən sonrakı xaotik vəziyyət — VİDEO

Dövlət xətti ilə nə qədər ipoteka verilib?

Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur - İLGİNC FAKTLAR

"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...

Prezident Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif etdi

MTN generalı azadlığa çıxdı

Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...

Azərbaycanda orta aylıq maaş bu qədər oldu

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakı metrosunda sərnişin öldü

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? -Ağaclar belə məhv edilir-Fotofakt

DYP sürücülərə müraciət etdi

Şengen zonasına giriş qaydaları dəyişir

Dayanacaqlarla əlaqədar vahid qurum müəyyən ediləcək

Elm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır?

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

“Şirin Su”dan şikayət: Çatlamış və ya natəmiz bidonlar göndərirlər

"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...

Eldar Əzizovun “it yemləri imperiyası”: 426 min manatlıq tenderin kölgəsində sahibsiz küçələr

Dövlət xidmətləri ilə bağlı yeni qanun qəbul ediləcək

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Deputat oğlunun “Kristal Bakı” ASC şirkəti haqqında araşdırma başlayıb – Şikayətlər əsasında

Bütün xəbərlər