Gündəm

Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyənləşir

Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilir.

MUMtv.az” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, qaydanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamaqla müəyyən edilir.

Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.

Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən faiz dərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərtilə İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.

Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.

Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.

Müsabiqədə aşağıdakı şərtlərə uyğun olan işəgötürənlər iştirak edə bilərlər:

- son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;

- son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən;

- bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatları vakansiya bankına təqdim edən.

- Dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin müsabiqədə iştirakına yol verilmir.

Müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan işəgötürənlərə üstünlük verilir. Müsabiqədə qalib olmuş İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında müvafiq məqsədli proqramın istiqamətləri, tərəflərin hüquq və vəzifələri, habelə məsuliyyəti göstərilməklə məqsədli proqramın həyata keçirilməsinə dair 3 (üç) illik müddətə müqavilə bağlanılır. Müqavilə müddətində. İşəgötürənlərin məqsədli proqramların həyata keçirilməsinə dair digər müsabiqədə iştirakına yol verilmir.

Məqsədli proqramın həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan və 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında işçi qəbul ediləcək hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər