Gündəm

Azərbaycanda bu şəxslərə ayda 345 manat ödəniləcək

"Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək".

"MUMtv.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək:

"Hər iki qurum hazırlanan sənədlərlə bağlı dövlət başçısına məlumat verəcək. Qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni, 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək. Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. İlkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.

Yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək".

Son xəbərlər

"Bravo" cərimələnsədə, yenidən vaxtı keçmiş məhsul satır- Video- Foto

“İlğım” şirkəti ilə bağlı daha bir qalmaqal: İşçilər üsyan edir…

Azərbaycanın keçmiş səfiri buna görə Londonda həbs olundu

İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? - "Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

"Dövlət qurumlarının "ötür-ötür" oyunları böyük narazılıq yaradır"- Sakinlər Prezidentə müraciət etdilər

Milli Onkologiya Mərkəzinin 50 minlik tenderi ləğv olundu

Paşinyanı Münhendə qarşılamağa alman məmurlardan heç kim getməyib

Rusiya Çernobılı vurmayıb - Kreml təkzib etdi

Azərbaycanda bu cərimələr artırılır

Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Bu şəxslər Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bu cərimənin məbləği artırılır

İranlılar və livanlılar arasında qalmaqal

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Putin Mariupol sakinlərini ilə bağlı qərar verdi

Nəm salfetlərin satışı qadağan edilir

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

General yüksək vəzifəyə təyin edildi

“Karayev City” MTK, “Vesta Construction” tikinti şirkətlərində insan həyatı üçün təhlükə- Video

Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı

Avro və rubl bahalaşdı

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera...

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Qazaxıstanda qədim türk artefaktı aşkarlandı

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Nə üçün birinci Putinə zəng etdi? - Trampdan açıqlama

Bütün xəbərlər