Gündəm


MUMtv.az - Goranboy rayonu, Dəliməmmədli şəhər saakini Əlixanov Nicat Rövşən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “RİCON” MMC şirkəti onun və digər iş yoldaşlarının əmək haqlarını vermir:

“Mən, Əlixanov Nicat Rövşən oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, 31.08.2023-cü ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən “RİCON” MMC şirkətinin Bina layihəsinin gecə mühafizəçi vəzifəsində işə başladım. 550 manat əmək haqqı alırdım. Lakin son 5 ayımı, yəni aprel, may, iyun, iyul və avqust aylarının əmək haqlarını kəsdilər. Hətta məzuniyyət pulumu da vermədilər.

Şirkət rəhbərlərindən Rəşad İsmayılov hər dəfə deyirdi ki, pul yoxdur.

Digər iş yoldaşlarımcda mənim kimi belə dələduzluqla üzləşiblər.

Sentyabr ayının 3-də öz ərizəmlə işdən azad olundum. Hər ailənin olduğu kimi, mənim də problemlərim var. Kreditim və digər borclarım var. Şirkətin mənə 3 min manat verəcəyi var. Hazırda işimiz Goranboy rayon Polis bölməsindədir. Amma hələ heç bir məlumat yoxdur. Həmçinin, İcra Hakimiyyətinə də şikayətimizi bildirmişik”.

Məsələ ilə bağlı şirkətin rəhbər şəxslərindən olan Rəşad İsmayılovla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, bir neçə gün əvvəl Gəncə şəhər sakini Səfərəliyev Müşviq Həsən oğlu tərəfindən də sözügedən şirkətlə əlaqəda şikayət daxil olmuşdu.

“2025-ci ilin aprel, may, iyun aylarının əmək haqlarını və məzuniyyət pulunu hələ ala bilməmişəm. Soruşanda, deyirlər ki, pulumuz yoxdur”, - deyən M.Səfərəliyev “RİCON” MMC şirkətinin rəhbərliyindən şikayətçi idi.(Hurriyyet.az)


22-09-2025, 11:15

Son xəbərlər

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirdi - Foto

Qəzzada atəşkəsin müşahidəsini aparacaq ABŞ hərbçiləri İsrailə çatıb

Seysmoloji Mərkəzdən Bakıda vulkan püskürməsi ilə bağlı açıqlama

“Xəmsə xalçayuma” dan şikayət

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

AYNA-nın aeroportda taksi dəyişikliyindən sonrakı xaotik vəziyyət — VİDEO

Dövlət xətti ilə nə qədər ipoteka verilib?

Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur - İLGİNC FAKTLAR

"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...

Prezident Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif etdi

MTN generalı azadlığa çıxdı

Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...

Azərbaycanda orta aylıq maaş bu qədər oldu

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakı metrosunda sərnişin öldü

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? -Ağaclar belə məhv edilir-Fotofakt

DYP sürücülərə müraciət etdi

Şengen zonasına giriş qaydaları dəyişir

Dayanacaqlarla əlaqədar vahid qurum müəyyən ediləcək

Elm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır?

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

“Şirin Su”dan şikayət: Çatlamış və ya natəmiz bidonlar göndərirlər

"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...

Eldar Əzizovun “it yemləri imperiyası”: 426 min manatlıq tenderin kölgəsində sahibsiz küçələr

Dövlət xidmətləri ilə bağlı yeni qanun qəbul ediləcək

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Deputat oğlunun “Kristal Bakı” ASC şirkəti haqqında araşdırma başlayıb – Şikayətlər əsasında

Bütün xəbərlər