Gündəm

Yeyinti aşkarlanan xəstəxanada ÖZBAŞINALIQ - MÜRACİƏT

MUMtv.az: - Mingəçevir şəhər sakini Teymurov Mirəli Məcid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev onu qeyri-qanuni işdən azad edib, məhkəmədə işə bərpa qərarı çıxarmağına baxmayaraq, onu işə götürmürlər:

"Mən, Teymurov Mirəli Məcid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Faiq Abdullayev məni qeyri-qanuni olaraq işdən çıxarıb.

1988-ci ildə Vedibasar rayonundan qaçqın düşmüşəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Xəstəxanada sürücü işləyirdim. Heç bir səhvim, günahım olmadan direktor məni işdən uzaqlaşdırdı.

Otağına girdim, xahiş etdim ki, müharibə iştirakçısı olmuşam, veteranam, işdən çıxarmayın. Lakin "mənə nə, çıx çölə", - deyə otağından qovdu.

Bəlkə işdən çıxarılma səbəbini də öyrənərəm deyə növbəti dəfə yenə qəbuluna getdim. Sanki direktor məni gördükcə əsəbləşir. Mənə bildirdi ki, “sənin kitabın artıq bağlanıb, işə qaytara bilmərəm, get Müdafiə Nazirliyinə müraciət elə, veteran olmağına görə onlar sənə iş versinlər”.

Veteranlığı lağa qoyan insan təəssüf ki, xəstəxanada direktor işləyir. Mənim kimi canını vətən uğrunda qoyanlar da onun kimilərdən asılı oluruq.

Bu işin rahatlıqla düzəlməyəcəyini anlayıb, məhkəməyə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxardı.

Hörmətli Prezidentimiz də hər zaman deyir ki, veteranlara iş verilsin. Sağ olsun hakim, mənim işimə qayıtmağım üçün qərar verdi. Lakin xəstəxananın həkimi Faiq Abdullayev qərəzli şəkildə məni işimə qaytarmır, müxtəlif bəhanələr gətirir.

Məhkəmə qərarı da lazımsız bir sənəd kimi əlimdə qalacaqdısa, bəs mən onda niyə əziyyət çəkib məhkəməyə müraciət etdim?! Həkim “get hara kimə şikayət edirsen et, səni işə götürmürəm” deyir.

Hətta prezidentin veteranlar haqqında olan çıxışına da qulaq asmayaraq, qərarı rədd edir”.

Məsələ ilə bağlı Mingəçevir Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayevlə əlaqə saxladıq. O, suallarımıza cavab verə bilməyəcəyini, xəstəxananın əlaqə nömrəsinə zəng vurmağımız xahiş etdi. Amma xəstəxanaya bütün zənglərimiz cavabsız qaldı.//siam.az

Yeyinti aşkarlanan xəstəxanada ÖZBAŞINALIQ - MÜRACİƏT


Son xəbərlər

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Bütün xəbərlər