Gündəm

Yaşayış binalarına tanınmış adamların adları veriləcək? -

Paytaxtda tikilən çoxmərtəbəli binalar istifadəyə verildikdən sonra binanı inşa edən MTK-nın adı ilə tanınır. Məsələn harda yaşayırsan soruşanda, filan mtk-nın tikdiyi binada deyirlər. Amma indi təklif edilir ki, binalar istifadəyə verildikdən sonra həmin binalara ictimai xadimlərin, milli qəhrəmanların, tanınmış şəxsiyyətlərin adı verilsin, binalar elə tanınsın, elə bilinsin)

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.

Elnur Fərzəliyev – Ekspert: "Bu gun bizim çoxsayda ziyalılarımız var, bizim elmi xadimlərimiz var, bizim milli qəhrəmanlarımız var. Yəni Azərbaycan üçün fayda vermiş bir çox insanlar var. Düşünürəm ki, həmin insanların adının yaşadılması üçün, əbədiləşdirilməsi üçün hər bir binaya, böyük binalara, böyük komplekslərə həmin fəxri insanların adları verilsə, çox gözəl bir hal olar”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, ölkə üzrə 2000-dən artıq yeni tikili çoxmənzilli yaşayış binası var və bunun da təxminən 1500-dən çoxu Bakı və Abşerondadır. Əksər yeni tikili binalarda yaşayan sakinlərin də sayı böyük kəndlər və qəsəbələrin əhalisi qədərdir.

Elnur Fərzəliyev – Ekspert: "200-300-500 mənzilli binalar var. Hətta böyük komplekslər var ki, bir kompleksdə 2000-3000 mənzil var. Burda hər məzili 2-3 sakindən hesablasaq, bir kompleksdə təxminən 10 mindən çox sakin yaşayır. Yəni belə bir addım atılarsa, çox müsbət bir hal olar. Yaxşı olar ki, hər hansı binaya ad verilərkən, həmin binanın qarşısında kiçik bir lövhə vurulsun. Həmin lövhədə həmin insanın kimliyi haqqında qısa bir məlumat yazılsın”.

Buna müsbət yanaşan bəzi MTK nümayəndələri deyir ki, bununla bağlı hər hansı bir qərar olacağı halda, təklifi dəstəkləməyə hazırdılar.

Malik Cəfərov – MTK nümayəndəsi: "Gözəl təşəbbüsdür, kim irəli sürübsə ağıllı fikirdir. Xüsusi lövhələr vurarıq, onun haqqında məlumat verərik. Həmin şəxsiyyətin kimliyi, doğulduğu tarix, həyat fəaliyəti. Orda 3 dildə də, məsələn rus, ingilis dilində lövhədə qeyd edərik. Gələn turistlər, şəhərimizin qonaqları da ətraflı məlumat almış olarlar”.

Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, bunun üçün hər hansı bir qanun qəbuluna, dövlət səviyəsində qərarların verilməsinə ehtiyac yoxdur. İnsanlar özü təşəbbüs göstərməli və müvafiq addımlar atılmalıdır.

Aydın Mirzəzadə - Milli Məclisin deputatı: "Bəlkə də insanlara sadəcə olaraq çağırış etməyə ehtiyac var. Bəlkə insanlar öz təşəbbüsü ilə bunu edə bilərlər. Hər halda istənilən varinatdan istifadə etməyə dəyər. Biz hesab etməyək ki, Nizamini, Cavidi, Mirzə İbrahimovu hər kəs tanıyır. Biz tariximizi bilməli, qorumalı, təbliğ etməliyik”.

Ekspertlər hesab edir ki, bu cür təşəbbüs gerçəkləşərsə, ölkə üçün faydalı insanların adlarını həm əbədiləşdirmək olar, həm də binaların ünvanı MTK və ya MMC deyil, konkret şəxs adı ilə qeydə alınar.



Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər