Gündəm

Rayon qeydiyyatı olan avtomobillərin COP29 zamanı Bakıya girişinə qadağa qoyulacaq?

Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq.

"MUMtv.az" "Trend"ə istinadən xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəis müavini Namidan Piriyev deyib.

O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaq.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturu İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutub və onun katibliyi Bonnda yerləşir.


Son xəbərlər

Bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rövzət Qasımov açıqladı

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab... - Və ya Fuad Nəcəfliyə bir neçə sual

"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb

28 "Qremmi" mükafatı laureatı vəfat etdi

Simonyan Ermənistanın COP29-da iştirakından DANIŞDI

Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır

Bu regionalın müdiri "qaz vurub, qazan doldurur" - "Ölü canlar"dan danışırıq

DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb

Azərbaycan İranla birgə hərbi təlimlərə başlayır

Prezident və xanımı COP29-la bağlı yaradılan şəraitlə tanış olub

Başçı Goranboyda hər kəsi bezdirib... - AXI NİYƏ?..

DYP-dən COP29-la bağlı MÜRACİƏT

Tarixi məhkəmə – Xalqa müraciət

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)-VİDEO

Elektromobil almaq üçün iki əsas şərt - Nələrə diqqət edilməlidir?

İndoneziyada vulkan püskürdü - Ölənlər var

Bəzi rayonlara qar yağır

İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub

ÜST-dən vərəmlə bağlı xəbərdarlıq — Rekord yoluxma

Gerçəkləşən 7 tarixi PROQNOZ

Səfərbərlik xidmətinin əməkdaşları narkotestdən keçəcək? - Qurum 40 min test alır

İpoteka ilə ev almaq istəyənlər üçün sevindirici xəbər - VİDEO

Alman jurnalist Ukrayna ordusunun vəziyyəti barədə üzücü bəyanat verdi

Azərbaycanda 9 və daha çox uşaq olan ailələrin sayı açıqlandı

Bu su anbarının təmirinə 6,4 milyon manat xərclənəcək

Xərçəngin 9 erkən əlaməti

Dövlət Dəniz və Liman Agentliyi Agentliyi gəmilərə xəbərdarlıq etdi

8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?

Etibarnamə ilə avtomobil alanlar üçün MÜHÜM XƏBƏR

"Mənə dedilər ki, ya indi, ya da heç vaxt" - Ruben Amorim

Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

Bütün xəbərlər