Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan parlamentinin iclasları təxirə salınacaq
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 növbəti ay Azərbaycanda keçiriləcək.
Noyabrın 11-22-də Bakıda baş tutacaq beynəlxalq tədbirdə dünyanın bir çox liderlərinin iştirakı gözlənilir.
Beynəlxalq tədbir zamanı parlament nümayəndələrinin də aktiv iştirakı gözlənilir.
"MUMtv.az"ın Modern.az-dan əldə etdiyi məlumata görə, bu səbəbdən Milli Məclisin plenar iclaslarının ertələnəcəyi gözlənilir.
Parlamentarilərin tədbir böyunca müxtəlif mövzularda aktiv çıxışlar ediləcəyi bildirilir.
Qeyd edək ki, 1992-ci ildə üzv ölkələr Təşkilatın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha da fəal tədbirlər həyata keçirilməsi üçün əsas olacağını təsdiq ediblər.
Ötən il COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib. 2023-cü il dekabrın 11-də keçirilən plenar iclasda konfransın Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Şərqi Avropa Qrupunun üzvü olan dövlətlər, o cümlədən Ermənistan COP29-a rəsmi Bakının ev sahibliyi etməsini dəstəkləyiblər.
Azərbaycanın ev sahibliyi edəcəyi tədbirdə 80 minə yaxın şəxsin iştirakı gözlənilir.