Gündəm

Azərbaycan təhsili nazir Emin Əmirullayevə oxşayır - dərs saatını 30 manatdan satmaq, fond pulunu 10 manatdan yığmaq...

MUMtv.az: - Azərbaycan təhsili nazir Emin Əmirullayevə oxşayır. Söhbət onun qaşına-gözünə, üzünə bənzəməkdən getmir. Elm və təhsil naziri necə fəaliyyət göstərirsə, ölkənin elmi də, təhsili də o gündədir. "Elə deyil" deməyin, fakt belədir: nazir Əmirullayev sistemi dəyişə bilmədi. Bünövrəsi necə qoyulubsa, indiyədək fond pulu da yığılır, direktorlar alverini də davam etdirir, təhsilin keyfiyyəti də SIFIR. Artıq orta məktəbdə oxumaqla ali məktəbə qəbul olmaq mümkün deyil. Amma məktəbə getmmiş repetitor hesabına tələbə adını qazanmaq mümkündür. Deməli, məktəblərdə təhsil yoxdur, ölüb, fatihəsi də verilib. Ona görə ki Emin Əmirullayev nazir kimi heç nəyi dəyişmədi. Əvvəlki ənənələr saxlandı. Nazirlik barmağını büküb bir nümunə göstərsin ki, keçmiş nazirlərlə müqayisədə indi bu problem qalmayıb, ya da müsbət nəticə var. Qulağa xoşagələn hansısa rəsmi statistika açıqlaya bilərlər, amma ayağını məktəbin qapısından içəri qoyanda, valideyn komitəsi - müəllim - direktor bazarlığını görəndə, həmin rəsmi statistika sabun köpüyünə çevrilir. Yəni 2025-ci ilə yaxınlaşırıq, XXI əsrin 1/4 hissəsi geridə qalacaq, dünya sürətlidir, müasir trendlər, texnologiyalar bir-birini əvəzləyir, bizdə isə hələ Əmirullayevin əmrlərinə tabe olan təhsil müəssisələri pul yığırlar. Qarşıdan 5 oktyabr - Müəllimlər Günü gəlir, nazirlik deyə bilməz ki, xəbərimiz yoxdur, bütün təhsil ocaqlarında pul yığırlar. Hələ 10 manatdan fond pulunu demirik. Hər sinifdə 30 uşaq olsa, 300 manat edir. Bu 300 manatla hansı işlər görülür, bəlli deyil. Ümumiyyətlə, fond nə mənə şeydi? Anlamı nədir? Hər sinifdən azı 300 manat yığılsa, görün məktəbdə neçə min vəsait əldə olunur. Hər halda, direktorların öz payı, təhsil şöbələrinin ayrı "səhm"ləri var. Yəni təfəkkür arxaikdir - absurd "fond pulu" ifadəsi hələ də yaşayır.

Bu da azmış kimi, tədris ili başlayarkən ən çox rast gəlinən problemlərdən biri müəllimlərin dərs saatlarının düzgün paylanılmamasıdır. Belə ki, DQ balına əsasən verilməli olan saatlar heç də qanunauyğun şəkildə paylanılmır. İkincisi, qanunda 18 saat müəllimi təmin etmək varkən, əvvəlki dəyişilmiş qanunla 12 saat verir, qalan saatları satırlar. Üçüncüsü, regional təhsil idarələri yaradıldı, maarif şöbələri ləğv olundu, həmin sahədən kimlərinsə müdaxiləsi ilə saatlar ədalətsizcəsinə paylanıldı. Dərs bölgüsü aparılarkən bu 3 ədalətsizlik təəssüf ki, hər 10 müəllimdəmən 8-nin başına gəlir. Sadəcə, çoxu heç kim onu incitməsin deyə susur. Amma bu vəziyyət nazirliyi arxayınlaşdırmamalıdır. Çünki maddi vəziyyət, verilən dəyər, baş verənlər, bitməyən haqsızlıqlar artıq müəllimləri də bir həddə gətirib çıxaracaq.

Bildirilir ki, saatlar 30 manatdan 100 manata kimi satışa çıxarılır. Hələ söhbətə maarif də qatılsa, "tas" daha da artır. Hələ şantajla satılan saatları var. "Səni işdən çıxardaram, sənin başına oyun açaram" adı altında alınan saatlar da eynilə özünü doğruldur. Nazirliyin müdaxiləsi olmadığı müddətdə, regional təhsil idarələri, direktorlar bu haram pulları özlərinə götürməyə və müəllimləri incitməyə davam edəcəklər.

Müəllimlərin əziyyətlərini, haqlarını tələb edirik. O zaman sual yaranır ki, müəllimlər bu qədər təlimə, imtahana cəlb olunubsa, ciblərindən nə qədər pul xərcləyiblərsə, heç olmasa onların haqları özlərinə qaytarılmalıdır.

Bir sözlə, Emin Əmirullayevin nazir kimi bu sahədə heç bir inqilabi dəyişikliyi, köklü islahatları olmadı. Ölkə təhsili bazar iqtisadiyyatına uyğunlaşıb. Amma bazardan daha betər görünür. Sovet dövründə isə bazar və müəllim bir-birinə antoqonist idi. Müəllim alverçiyə nifrət edirdi. "Bizim Cəbiş müəllim" filmi buna bariz nümunədir. İndisə nazirlik təhsili bazar mühitinə çevirib və adiləşdirib. Desək ki, yeni nazir gəlsə düzələcək, yox, sistemli dəyişiklik və yanaşmada, təfəkkürdə refreş olmasa, Saakaşvili də gəlib Azərbaycanın elm və təhsili naziri olsun, xeyri dəyməyəcək. Üstəlik, biz təhsildən, özü də orta məktəblərdən danışdıq. Hələ universitetlər nə gündədir, o da ayrı bəladır. Nazirliyin adında isə "elm" də var, sizcə, bizdə elmdən danışmalı bir söz qalıbmı? - sitatın sonu.//AnaXeber.info


Son xəbərlər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Doqquzuncu hissə

İran "Nüvə Müqaviləsi"ndən çıxdı

Cüdoçumuz dünya çempionatının yarımfinalında

İsrail Tehranın hava məkanına nəzarəti ələ keçirdi

İsrail 150 min vətəndaşını geri qaytarır – Əməliyyat

Vüqar Sərdarov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Yüzlərlə iranlı bu ölkənin sərhədinə sığındı – VİDEO

Prezident Fələstinin yeni səfiri və ailəsi ilə görüşdü

Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video

Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...

Klinik Psixoloq Zeynəb Rzayeva: "Qadın öz enerjisini kəşf edəndə, bütün nəsillər dəyişməyə başlayır"

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməllərindən -TƏFƏRRÜAT

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə ediblər

Qızıl Gül – Təkcə Gül Deyil, Bir Tarix, Bir Simvol!

Yaxın Şərqdə baş verən hadisələrlə bağlı AZAL-ın bir sıra reysi ləğv olunub

"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb?

Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?

İsrail Məşhəd və Kermanşaha hava zərbəsi endirdi

Avtomobili idarə etmədiyi halda vətəndaşa cərimə gəldi - İDDİA

Klinik Psixoloq Zeynəb Rzayeva: “Danışmayan uşaq təkcə susmur, kömək çağırışı edir"

Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?

Pezeşkian: İran nüvə silahının hazırlanmasına qarşıdır

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi

Ermənilərin yeni qorxusu: “Güneydəki azərbaycanlılar Zəngəzura axışacaq”

Safrastyan: “Azərbaycan birləşsə, Ermənistan ayaq altında qalacaq”

Xərçəngin çarəsini tapdığını deyən həkimin evindən meyiti aşkarlandı – FOTO

Geqamyan: “Zəngəzur əsasdır”

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız

İsrailin İrana zərbələri nəticəsində 224 nəfər ölüb

Bütün xəbərlər