Gündəm

Nazirlik biabırçılığı ortaya qoydu – Sabiq nazir

Müəllim hazırlığı belə olmamalıdır. Kimə gəldi “müəllim” deyirlər. Kollec bitirən, pulla diplom alan müəllim olur. Müəllim yetirşdirmək üçün fakültələr olmalıdır. Orada pedaqoqlar işləməlidir.

"MUMtv.az" bildirir ki, bu sözləri Axar.az-a keçmiş təhsil naziri Firudin Cəlilov müəllimlərin cavablandıra bilmədiyi bəsit sualların ictimailəşdirilməsi ilə bağlı yaranan narazılığa münasibət bildirərkən deyib.

O bildirib ki, bu sualların ictimailəşdirilməsinə iradı yoxdur, lakin sualların tərtibi düz deyil: SEO Xidməti

“Bu sualları ictimailəşdirməkləri səhv addım deyil, biabırçılığı açmaq lazımdır. Bu məsələdə Təhsil Nazirliyinə iradım yoxdur. Açıb qoyur ortaya ki, budur və bunlarla təhsili necə irəli aparsınlar? Amma bu müəllimləri kim hazırlayır, məsələ bundadır”.

Cəlilovun sözlərinə görə, problem müəllim hazırlığının düzgün formalaşmamasındadır:

“Mən hələ o vaxt Pedaqoji Akademiya yaratmaq istəyirdim ki, müəllimlər orada hazırlansın. Müəllimlik özəl bir sənətdir. Hər adamdan müəllim olmaz. BDU və APU-da filologiya ixtisası var. Baxmayaraq ki, BDU-da dərs deyən müəllimlər daha tanınmış mütəxəssislərdir, tələbələri daha hazırlıqlı olur, amma buranı bitirənlərin çoxu zəif müəllim olur. Amma Pedoqoji Universitetdə oxuyanlar zəif filoloq olsa da, yaxşı müəllim kimi yetişdirilir. Çünki burada pedaqoji təhsil verirlər. Müəllimlər məktəbdə dərəcə almalıdılar. Bu dərəcələrə görə də onlara maaş verilməlidir. Dərəcəni isə nə nazirlik, nə də hansısa komissiya yox, kollektiv özü verməlidir. Belə olanda müəllim çalışır ki, öz üzərində işləsin. Bizim bu sistemdə müəllimin öz üzərində çalışmaq anlayışı yoxdur. Formal olaraq müəllimləri hazırlayan kurslar var. Bu gün müəllimin rəzil günə düşməsində müəllim hazırlayan təhsil ocaqları günahkardır”.

Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirib ki, bu addım müəllimlərin nüfuzdan və gözdən salınmasına yönəldilməyib:

“4 min nəfərə yaxın müəllim müsabiqə şərtini ödəməyib. Bu şəxslərin konkret adları açıqlansa idi, o zaman nazirliyin bu addımı düzgün olmazdı. Faktiki olaraq elementar səviyyədə olan sualın cavabını müəllim yaza bilməyib. Bu addım müəllimlərin nüfuzdan və gözdən salınması üçün atılmayıb. Şərti ödəyə bilməyən müəllimlər sabah qərəzli danışmasın, bu qədər insanın niyə kəsildiyi əyani şəkildə cəmiyyət üçün aydın olsun deyə, bu sualların yayılması lazımdır. Bunu müsbət qiymətləndirirəm.

Adama təsir edən budur ki, ən primitiv sualların cavabını bilmədən necə dərs demək olar?”

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər