Gündəm

Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ

MUMtv.az: - Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun adı 5 milyon manatlıq dələduzluq hadisəsinin ardından restoran biznesinə qarışıb.

Belə məlum olur ki, Elman Rüstəmov baş bankir postunu tutan günlərdə Bakının Nizami rayonu ərazisində özünə dəbdəbəli, nataraz şadlıq sarayı, restoran inşa etdirib, adını da “Planet” şadlıq sarayı qoydurub. Bu günlərdə isə Elman Rüstəmovun “Planet”inin ətrafında yaşayan sakinlər müxtəlif dövlət qurumlarına şikayət yazıblar. Bildirirlər ki, gecə yarısına qədər davam edən dəbdəbəli şənlik mərasimlərinin səsi onları narahat edir, yatmağa qoymur. Bu cür tədbirlər qış aylarında restoranın içərisində keçirildiyindən yüksək səs ətrafda yaşayanları bir o qədər də narahat etmir. Lakin yay aylarında açıq havada keçirilən tədbirlərin səsi insanları “səs terroru”na məruz qoyur. Məhsəti küçəsinin sakinləri restoranın səsindən gecələr gözlərinə yuxu getmədiyini deyirlər.Digər bir problem isə baş bankirin “Planet”inin yolda tıxac yaratmasıdır. Şadlıq evi yolun düz kənarında yerləşdiyindən burada avtomobillərin hərəkətinə ciddi problem yaranır. Şadlıq evinin idarəçiliyini Elman Rüstəmovun yaxınları həyata keçirir.

Maraqldır ki, Elman Rüstəmov baş bankir postunda olduğu günlərdə Azərbaycan vətəndaşı Nizami Kərimova qarşı cinayətə bərabər addım atıb. Özünün dəbdəbəli restoranı ola-ola vətəndaş Nizami Kərimovun restoranını girov qoydurub, Mərkəzi Bankdan 2 banka olduqca aşağı faizlə istehlak krediti ötürüb. 5 milyon manatlıq kreditin tən yarısı “Deka bank”a, digər hissəsi isə “Premium Bank”a ötürülüb.

Vətəndaş Nizami Kərimov restoranının Elman Rüstəmovun göstərişinə əsasən ondan xəbərsiz girov qoyulmasından xəbər tutandan dərhal sonra məhkəməyə müraciət edib.

Elman Rüstəmov özünü bu işdən xəbərsiz aparıb, ortada Azad Nağıyev çox pis vəziyyətdə qalıb. Nizami Kərimov bu gün də məhkəmələrdə özünə məxsus olan restoranın tam qanunsuz olaraq, ən əsası isə ondan xəbərsiz girov qoyulmasını isbatlamağa çalışır. Elman Rüstəmovun şəriki olmuş Azad Nağıyev bu fırıldaqçılıq üzündən bu gün həbs həyatı yaşayır. Nizami Kərimovun başlatdığı məhkəmədə 5 milyonluq kredit maxinasiyasının arxasında Elman Rüstəmovun durmasını təsdiqləyən faktlar üzə çıxıb, buna baxmayaraq sabiq baş bankir şərikini qabağa, yaxasını kənar çəkir.
Nizami Kərimov öz restoranını Elman Rüstəmovun kredit-yeyinti maxinasiyalarına yem etmək fikrində deyil, halal gəliri ilə əldə etdiyi restoranını girovluqdan çıxarmaq üçün Azərbaycan məhkəmələrində illərdir ki, əzmlə çalışır. Bu haqda “Elman Rüstəmova qarşı ittiham- 5 milyonluq dələduzluq sxemi – Mərkəzi Bankdan milyonlar belə çıxarılıb?” sərlöhvəli yazı dərc etmişdik.

Həmin yazıda sabiq baş bankirin qanunsuzluğu barədə ətraflı məlumat verildiyindən mahiyyətinə çox da varmırıq.

Nizami Kərimov məhkəmələrdə Elman Rüstəmova dava açdığı bir vaxtda sabiq baş bankirin özünün restoranı üzə çıxıb. Bəlkə Azərbaycan məhkəməsi ədalətli mövqe sərgiləyib Nizami Kərimovun restoranını girovdan çıxarıb Elman Rüstəmovun “Planet”ini 5 milyonun təminatı kimi girov götürməsinə qərar versin? Bu, daha ədalətli olmazmı?//Musavat.com


Son xəbərlər

Kredit maaş kartından birbaşa tutula bilərmi?

"Nazirlərin “3+3” formatında görüşü üçün iş aparılır" - Zaxarova

BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

"Hər səhər mətbuatla tanış oluram" - Prezident

İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!

Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib - İLGİNC FAKTLAR

İtkin şəhid Mübariz Məmmədov torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olundu

"Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar" - Prezident

Üç kollecə direktor təyin edildi

Prezident tələbələrlə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışdı

Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verildi

İşdə məhəbbət macərası - DƏHŞƏT // VİDEO

Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO

Azərbaycanda maaş və pensiyalar nə qədər artacaq? - Ekspert açıqladı

Vardanyan Bakı həbsxanasından Paşinyana CAVAB VERDİ

"Paşinyan dəhliz verməyə razı oldu" - Erməni KİV

Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO

Hər il dünyada 7 milyon insan bu xəstəlikdən ölür

İlham Əliyev Qarabağ Universitetinin açılışını etdi

Camaat borclanmaqda davam edir – Faktlara diqqət

Bu günə olan valyuta məzənnələri

İsrail Livana hava zərbələri endirməyə başladı - VİDEO

Azərbaycanda Dövlət Suverenliyi GÜNÜDÜR

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Bütün xəbərlər