Gündəm

Onlar deputat olur? - Ağlasığmaz iddianın PƏRDƏARXASI

MUMtv.az: - Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə rəsmi qaydada start veriləndən sonra deputatlığa iddialı şəxslər ard-arda öz namizədliklərini açıqlamağa başlayıblar. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə bağlı müəmma davam etdiyi üçün siyasi arenada daha çox müstəqil və müxalifət yönümlü şəxslər nəzərə çarpırlar. Seçki marafonuna kifayət qədər sürpriz namizədlərin qoşulacağı da istisna edilmir.

Yenisabah.az xatırladır ki, son günlər mətbuatda iki yüksəkrütbəli sabiq məmurun da deputatlığa namizəd olacağına dair iddialar ortaya atılıb. Bu sırada ən çox Azərbaycan Mərkəzi Bankının keçmiş sədri Elman Rüstəmovun və Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin sabiq rəisi, eks-deputat Cavid Qurbanovun adı hallanır. Hər iki şəxsin sentrabrın 1-də deputat mandatına sahib ola biləcəyi istisna edilmir. Onların namizədliklərinin hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürüləcəyi bildirilir.

Elman Rüstəmov və Cavid Qurbanov deputat ola bilərmi? YAP-ın onların namizədliyini irəli sürməsi nə dərəcə realdır?

“Yeni Sabah” məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, YAP-ın deputatlığa namizədlərinin siyahısında nə Elman Rüstəmovun, nə də Cavid Qurbanovun adı var. Hakim partiya özünün sadiq və siyasi cəhətdən fəal üzvləri ilə seçki mübarizəsinə qoşulacaq.

Cavid Qurbanov və Elman Rüstəmovun adlarının deputatlığa namizəd kimi hallanmasında iqtidar partiyasının hər hansı rolunun olmadığı bildirilir. İddialara görə, bu xəbərlər həmin şəxslərin yaxın ətrafı tərəfindən dövriyyəyə buraxılıb.

“Hazırda Cavid Qurbanov Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir. Tutduğu post onun deputatlığa namizəd olmasını qadağan edir. Cavid Qurbanovun YAP tərəfindən deputatlığa namizəd göstərilməsinin yolu onun vəzifədən uzaqlaşdırılmasından keçir. Qurbanovun adının YAP-ın siyahısınd olması üçün ilk növbədə onunla bağlı sərəncam olmalıdır”, - deyə məlumatlı şəxs bildirib.

Mənbə qeyd edib ki, Cavid Qurbanov yaxın ətrafı vasitəsilə bu cür informasiyaları mətbuata ötürməklə özünü YAP-ın “yadına salmaq” istəyir. Səxavətli olması ilə tanınan nazir müavini ümid edir ki, partiya rəhbərliyi bu xəbərlərə biganə qalmayacaq.

Məlumatlı şəxsin sözlərinə görə, Cavid Qurbanov hazırda nazir müavini olsa da, faktiki olaraq əlində heç bir səlahiyyət yoxdur. Buna görə də, nazir müavini postunu məmnuniyyətlə deputat mandatına dəyişməyə hazırdır.

Elman Rüstəmovla bağlı da oxşar vəziyyət hökm sürür. İşdən çıxarılandan sonra “kölgəyə” çəkilən sabiq bankirin evdə darıxdığına dair məlumatlar var. Buna görə deputat mandatı keçmiş sədr üçün “ikinci nəfəs” sayıla bilər.

Məlumatlı şəxsin fikrincə, 72 yaşlı Rüstəmovun bu arzusunun reallaşması qeyri-mümkündür. YAP-ın deputatlığa namizədlərinin siyahısı hazırlanarkən onun namizədliyi nəinki müzakirə olunmayıb, heç adl da hallanmayıb...


Son xəbərlər

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

Azərbaycanda bu işçilərin maaşları artdı

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

Azad edilmiş ərazilərdəki torpaqlar icarəyə veriləcək

Bütün xəbərlər