Gündəm

Oleq Bakinskiyə “Şöhrət” ordenini kim verdirib? -İLGİNC FAKTLAR

Oleq Krapivin – Oleq Bakinski olduqca təzadlı şəxsdir: 1960-cı ildə Şamaxıda anadan olub, 6 il sonra ailəsi ilə Bakıya köçüb, idman təmayüllü internat məktəbində təhsil alıb, sərbəst güləş üzrə ondördqat Azərbaycan çempionudur.

MUMtv.az: - 1989-cu ildə Ukraynaya gedib və bir müddətdən sonra iş adamına çevrilib. Bir neçə il öncəyə qədər 84 milyonluq var-dövlətlə Ukraynanın 100 varlı şəxsi sırasına (98-ci yer) düşməyi bacarmışdı.

Oleq Krapivin həm də kriminal aləmdə “Oleq Bakinski” kimi tanınır, avtoritetdir və avtoritet olduğunu heç vaxt gizlətməyib. Onun haqqında təzadlar da buradan başlayır: bir çoxu Bakinskinin diaspor fəallığını özünə və sərvətinə “qalxan” yaratmaq üçün düşünülmüş addım kimi qiymətləndirir və Ukraynadakı Azərbaycan diasporunda onun adının hallanmasına qarşıdır, çünki kriminal aləmə ciddi şəkildə bağlılığı olan Krapivin Azərbaycan diasporu haqda heç də müsbət imic formalaşdırmır, üstəlik, onun Ukraynada olan varlı azərbaycanlılardan “haqq” tələb etməsi iddiaları da var; bəziləri isə onun Ukraynada darda olan azərbaycanlılara doğrudan da dəstək olduğunu bildirir.

Oleq Krapivin 2016-cı ildə Azərbaycanın bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına da layiq görülüb. Ancaq 2022-ci ildəki “Dostluq” ordenindən fərqli olaraq, bu fəxri adı hallandırılmır. Çünki doğrudan da ondördqat çempion olmaqla yanaşı, Krapivin veteranlar arasında dünya çempionatının da qalibi olub.

2022-ci ildə isə vəziyyət dəyişmişdi. Belə ki, 2020-ci ildən başlayaraq, Krapivin haqda Ukrayna mediasında ciddi iddialar səsləndirilirdi və bu iddiaların davamı olaraq onun haqqında araşdırma başlamışdı. Onun hətta bir əməliyyat zamanı “qanuni oğru” kimi Ukrayna polisi tərəfindəns axlanıldığını əks etdirən fotolar da yayılmışdı.

2022-ci il 24 fevralda Rusiyanın Ukraynaya hücumundan sonra isə vəziyyət Bakinski üçün daha da çətinləşir: o, mediada 90-cı illərdə qəsb və quldurluqla var-dövlət toplamaqda ittiham edilir, istintaqın isə istiqaməti dəyişir – işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı…

Krapivin bu araşdırmanın nəticəsini gözləmədən Ukraynanı tələsik tərk etmiş və Bakıya yerləşmişdi. 26 iyunda isə onun haqda qərar çıxarılır: Ukraynada yaşayış izni ləğv edilir, Ukraynaya girişi qadağan edilir. Onun FTX ilə əməkdaşlığı şübhəsi ilə araşdırmalar davam etdirilir.

Oleq Bakinskiyə “Şöhrət” ordenini kim verdirib? -İLGİNC FAKTLAR

Məhz bu araşdırmalar getdiyi bir vaxtda da Oleq Krapivin diaspor fəaliyyətinə görə “Dostluq” ordeninə layiq görülür.

Onun “Dostluq” ordeninə təqdimatını, əlbəttə ki, Diasporla İş üzrə Dövlət Komitəsi verib. Komitə barəsində cinayət təqibi olan, haqqında istintaq gedən, Ukraynadan qaçmağa məcbur olan bir şəxsi hansı əsasla və meyarla ordenə təqdim etmişdi?

Digər məsələ: qeyd etdiyimiz kimi, Ukraynadakı Azərbaycan diasporunda Oleq Bakinski haqda birmənalı rəy yoxdur və böyük əksəriyyət adının onunla eyni təşkilatda-qurumda çəkilməsini istəmir. Bu isə Ukraynadakı diasporumuzun parçalanmasını səbəb olmuşdu. Belə məqamda Diaspor Komitəsi niyə yerli diaspor üzvlərinin rəyini öyrənmədən və ya bu rəyə əhəmiyyət vermədən Oleq Krapivini yüksək ordenə təqdim edib?

Güman edirik ki, Diaspor Komitəsi bu suallara aydınlıq gətirəcək…

Qeyd: DİN ötən ilin martında Bakının Nərimanov rayonunda əməliyyat keçirmiş və cinayətkar dəstə üzvlərini həbs etmişdilər. Onlar pul almaq məqsədilə oğurladıqları iş adamı Sahib İsmayılzadəni saxladıqları evdə yaxalanmışdılar.

Azərbaycan mediası bu əməliyyatdan Ukrayna KİV vasitəsilə xəbər tutdu. Ukrayna mediası həbs edilənlərin Oleq Bakinskinin dəstəsi olması ilə bağlı iddia yaymışdı.

Zəruri olaraq xatırladaq ki, Oleq Bakinski “Rusiya vətəndaşına qarşı xuliqanlıqda” təqsirli bilinərək, həbs edilib.(axar.az)

Son xəbərlər

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Əkizlərdən birində problem olanda, digəri də hiss edir?

Apteklərdə reseptsiz satılan bu dərmanlarla bağlı ŞOK İDDİA: Uşaqların cinsiyyətini dəyişir

Prezident müşavirə keçirdi

MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB

Nazirliyin Sosial Reabilitasiya Mərkəzində dava: Qadın niyə bıçaqlanıb?

Azərbaycan bu ölkələrə qoyduğu məhdudiyyəti ləğv etdi

İsraildəki müharibədən qaçdı, Ukraynada ÖLDÜ

"Ukrayna artıq yoxdur" - Tramp

Emin Əmrullayevin göstərişi Regional Təhsil İdarəsində keçmir - VİDEO

Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilər

ABŞ Konqressi müvəqqəti büdcəni təsdiqlədi

Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçildi

Yaddaşı gücləndirən qidalar

Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR? - İLGİNC İDDİA

Gürcüstan Bakı və İrəvana regional əməkdaşlıq formatı təklif etdi

"Sülh müqaviləsini COP29-a qədər imzalağı təklif etmişik" - Paşinyan

Zərif Ərdoğanla Pezeşkianın görüşünə niyə qatılmayıb?

Cəbrayıla ilk köç karvanı yola salındı

Makronun istefaya göndərilməsi məsələsinə baxılacaq

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

Bütün xəbərlər