Gündəm

Vətənimin, torpağının hər qarışına qurban-Tarzan İsmayılov

Vətənimin, torpağının hər qarışına qurban…

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil.

Qanunla.Az xəbər verir ki, söhbət vətənpərvər,xeyriyyəçi, ürəyi hər zaman vətənlə döyünən Ukrayna Xerson vilayətinin,Azərbaycan Diasporunun Gənclər təşkilatının sədri, Ukraynanın fəxri vətəndaşı, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Tarzan İsmayılovdan gedir.

Tarzan İsmayılov təkcə Ukraynada deyil habelə Azərbaycanda da xeyriyyəcilik işləri ilə məşğuldur.Vətən müharibəsi başlayan gündən torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidliklə döyüşən cəsur əsgərlərimizə dəstək olmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə 34.000 min manat məbləğində vəsait yardımlar edib.

Tarzan İsmayılov Qanunla.Az-a açıqlamasında bildirib ki,Azərbaycan Silahlı Qüvvələrinə yardımı Oleq Andreyeviç Krapivin (Oleq Bakinski) Xerson Ağsaqqalar cəmiyyətinin sədri Ağayev Elman Ağamüslüm oğlu və Xerson cəmiyyətinin dəstəyi ilə həyata keçirdik.Mən dəstəyə görə başda Oleq Krapivin,Ağayev Elman Ağamüslüm oğluna və Xerson cəmiyyətinə öz təşəkkürlərimi bildirmək istəyirəm.

Rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyini nümayiş etdirdi. İgid Vətən oğullarının şanlı zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Nəhayət, hərb tariximizə Vətən müharibəsi kimi yazılan savaş noyabrın 10-da böyük Qələbə ilə başa çatdı-deyə Tarzan İsmayılov bildirib.

Bundan başqa Zərdab rayonunda birinci Qarabağ döyüşlərində şəhid olmuş iki şəhidin məzar daşının bərpasında Tarzan İsmayılovun böyük dəstəyi olmuşdur.Vətən müharibəsi döyüşlərində Zərdabdan səkkiz şəhid ailələrinə böyük məbləğdə yardımı olmuşdur.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Bunun üçün insandan Allahın bəxş etdiyi həyatı doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, başqalarının haqqını tapdalamamaq kimi dəyərlərə ömür boyu sadiq qalmaq tələb olunur.
Xeyriyyəçi Tarzan İsmayılov düz yoldan, doğru inamından, vətəndaş qayəsindən, Allaha, imana, dinə bağlı etiqadından, bir dəfə də olsun sapmayıb, insanlığını, ləyaqətini, mənliyini, kişi qürurunu həmişə, hər yerdə başından uca tutub.







Təkcə təqdim etdiyimiz videolara baxmaq kifayətdir ki,Tarzan İsmayılovun saysız-hesabsız xeyirxahlıq işini görək:
Qanunla.Az
Vüqar Rəhimov

Vətənimin, torpağının hər qarışına qurban-Tarzan İsmayılov

Vətənimin, torpağının hər qarışına qurban-Tarzan İsmayılov

Vətənimin, torpağının hər qarışına qurban-Tarzan İsmayılov

Vətənimin, torpağının hər qarışına qurban-Tarzan İsmayılov

Vətənimin, torpağının hər qarışına qurban-Tarzan İsmayılov

Son xəbərlər

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Əkizlərdən birində problem olanda, digəri də hiss edir?

Apteklərdə reseptsiz satılan bu dərmanlarla bağlı ŞOK İDDİA: Uşaqların cinsiyyətini dəyişir

Prezident müşavirə keçirdi

MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB

Nazirliyin Sosial Reabilitasiya Mərkəzində dava: Qadın niyə bıçaqlanıb?

Azərbaycan bu ölkələrə qoyduğu məhdudiyyəti ləğv etdi

İsraildəki müharibədən qaçdı, Ukraynada ÖLDÜ

"Ukrayna artıq yoxdur" - Tramp

Emin Əmrullayevin göstərişi Regional Təhsil İdarəsində keçmir - VİDEO

Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilər

ABŞ Konqressi müvəqqəti büdcəni təsdiqlədi

Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçildi

Yaddaşı gücləndirən qidalar

Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR? - İLGİNC İDDİA

Gürcüstan Bakı və İrəvana regional əməkdaşlıq formatı təklif etdi

"Sülh müqaviləsini COP29-a qədər imzalağı təklif etmişik" - Paşinyan

Zərif Ərdoğanla Pezeşkianın görüşünə niyə qatılmayıb?

Cəbrayıla ilk köç karvanı yola salındı

Makronun istefaya göndərilməsi məsələsinə baxılacaq

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

Bütün xəbərlər