Gündəm

Oliqarx deputatın qaranlıq dosyesi – Avtonəqliyyat rəisi, MTN-də xidmət, tikinti maqnatı…

MUMtv.az: - Hakim partiyanın 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsindən namizədi VI çağırış deputat olmuş Məmmədov Anar İlyas oğludur. Gənc namizəd maraqlı bioqrafiyaya və karyeraya sahibdir.

O, Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təhsil alıb. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. Hərgah, fakültədə YAP sədri necə olunur, çox maraqlı detaldır. Axı partiyanın rayon təşkilatları və gənclər təşkilatları var, fakültə təşkilatı olmur ki, sədri də seçiləsən…

İkinci bir məqam odur ki, Anar Məmmədov 2005–2006-cı illərdə artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. Amma nəqliyyat fakültəsini bitirmiş bir şəxsin MTN-də hərbi xidmətə necə düşməsi maraqlı faktdır. Ardınca 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2016–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Yəni ATU-dakı Nəqliyyat fakültəsindən əlavə, daha üç universitet bitirib.

Amma bir nüans da var – Anar Məmmədov 2006-cı ildə Nəqliyyat Nazirliyi, “Bakı Sərnişin Nəqliyyatı” Departamentində Nəzarət şöbəsində müfəttiş işləyib. Halbuki 2005-2006 dönəmində MTN-də hərbi xidmət keçib. 2007-ci ildə bölmə rəisi, 2008-ci ildə Avtobuslar xidmətlər şöbəsinin rəisi vəzifəsində çalışıb. 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elə həmin ilin fevralında

96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat olub. Bir sözlə, karyera yüksəlişi də qəribədir. Avtobus Xidmətində şöbə rəisi, sonra Avtonəqliyyatda şöbə rəisi olasan, özün MTN-də hərbi xidmət keçəsən, həm də deputat olasan…

Qeyd edək ki, bir müddət əvvəl onun tikinti manatı olduğu barədə xəbərlər yayılıb. Anar Məmmədovun “Amazon” şirkətinin azad edilən ərazilərdə tenderlərdə iştirak etdiyi vurğulanır. Bundan əlavə, Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir.

Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir.

Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə şirkətin nizamnaməyə kapitalının 30 faizi Anar Məmmədova aiddir.//turant.az

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər