Gündəm

Qazaxın 4 kəndi Azərbaycanın nəzarətində - Sərhədçilərimiz xidmətə başladı

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.

"MUMtv.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib:

"15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb".

Son xəbərlər

“Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları - istintaqla müəyyən olunub ki...

Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alındı

Onlar da YAP-ın namizədləri olacaq - İDDİA

Gömrük məmuru arvadını bıçaqladı

Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI

Ramiz Mehdiyevin kürəkəni məhkəmə qarşısında: SENSASİON DETALLAR

Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb

Müsavatdan gözlənilən seçki qərarı - Kimlər namizəd olacaq?

Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq

Azərbaycanda qadınların iştirakçılığını məhdudlaşdıran amillər hansılardır?

Qeyri-adi məxluq alimlərin diqqətini çəkdi - FOTO

Oliqarx-başçı ilə bağlı qərar verilir… – Ramiz Mehdiyevin yadigarıdır…

Son bir ildə Azərbaycanda tibbi xidmətlər nə qədər bahalanıb? – Siyahı

İsrail Fələstin ərazisinin ən böyük hissəsini ələ keçirib

İlham Əliyev Cozef Baydeni təbrik edib

Laçının yenilənən Sus kəndi… - VİDEO

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə QƏRARLAR

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib – XƏBƏRDARLIQ

Bildiyiniz abidələrin – Bilinməyən tərəfləri

Şahzadə Harri kral ailəsi ilə barışmaq üçün üzr istəməlidir

"ABŞ-də buna görə müharibə olacaq" - Keçmiş Pentaqon rəsmisi

Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI? - Zabratın bitməyən "zibil dərdi"...

Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Məhkəmə Ələsgər Məmmədli barəsində qərar verdi

Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ... - MAAŞLAR AZALDILIR...

Anar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur... - Ortaqlardan biri aşpaz bloger, digəri...

Prezident Pakistana səfər edəcək

Səbuhi Abbasov Mingəçevirdən namizəd olacağını açıqladı

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)

Paşinyan ABŞ senatoru ilə sülh müqaviləsini müzakirə etdi

Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam” – Rahil Nəcəfovun cinayət işi // FOTO

Bütün xəbərlər