Gündəm

Oliqarx-başçı ilə bağlı qərar verilir… – Ramiz Mehdiyevin yadigarıdır…

MUMtv.az: - Daha bir rayonda icra hakimiyyətinin başçısı dəyişdirilə bilər. Bu barədə Dia-az.İnfo hökumətdəki mötəbər mənbədən xəbər əldə edib.

Qaynaq iddia edir ki, seçkilərə qədərki dəyişikliklər zamanı görəvdən alınacaq fiqurlardan biri də Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubovdur.

Mənbə bildirir ki, məhz növbədənkənar seçkilərə qədər görəvdən alınması nəzərdə tutulan Elxan Usubova bu həm də bir işarə anlamını daşıyır: “Yəni seçkilər o olmadan daha da problemsiz keçəcək”.

Qeyd edək ki, yerli KİV-də adı “Ramiz Mehdiyevin kadrı” kimi hallanan Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olub və orta təhsilini də orada alıb. İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olub. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Dia-az.İnfo xatırladır ki, yerli KİV-də eyni zamanda Baş baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun əmisi oğlu olan Elxan Usubovun əmlaklarının siyahısı da açıqlanıb. Bu siyahıdan da aydın görünür ki, yola salınması planlaşdırılan icra başçısı himayədarlarının sayəsində yetərinsə sərvət toplaya bilib.

Həmin siyahını diqqətinizə çatdırırıq…

– Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil

– Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil

– Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında mənzil

– Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi

– Şəkidəki süd zavodu

– Şəkidə fəaliyyət göstərən sanatoriyalar

– Şəkidəki “Sünbül” çörəkbişirmə sexi

– Şəki, M.F.Axundov prospektində Hotel və Restoran

– Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri

– Oğuzda meşədə restoranı

– Ağstafada bir neçə obyektlər

– Mingəçevirdə obyektləri

– Bakıda, Şağan Sun City ərazisində böyük bağı

– Gürcüstanda böyük fındıq zavodu

– “CHEMİCO CO LTD” MMC şirkəti

– “A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı)

– Bunlardan əlavə, siyahıya Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri də daxildir.

Son xəbərlər

İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət etdi

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir

163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Şuşada Qarabağ Bəyannaməsi imzalanıb

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? – Foto

Daha bir partiya seçki qərarını açıqladı

Rüfət Hacıyevin məhkəməsi başladı – TƏFƏRRÜAT

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İsti hansı insanlar üçün xüsusilə təhlükəlidir? - Alim açıqladı

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal

"Azərbaycan davamlı sülhdə ən maraqlı tərəfdir" - Nazir

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

AAYDA-nın “köklü”ləri savaşır… – Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?

İlham Əliyev Pezeşkianı Azərbaycana səfərə dəvət etdi

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Sabahdan Məhərrəm ayı başlayır

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya “TƏLƏSİ” – Prezidentə müraciət olundu

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Nazir XİN başçılarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

"Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm" - Prezident

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qəzzada ölənlərin sayı 38 mini ÖTÜB

Məsud Pezeşkian İranın yeni prezidenti seçildi

Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Bütün xəbərlər