Gündəm

Bu gün imzalar atılmalıdır: Qazaxın kəndləri və sərhədlə bağlı hansı qərar olacaq?

Bu gün sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyasında sonuncu gündür.

"MUMtv.az" Publika.az-a istinadən xəbər verir ki, 19 aprel razılaşmasına görə mayın 15-nə qədər Azərbaycan və Ermənistan arasında protokol imzalanmalıdır.

Razılaşmada qeyd olunur: "Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasından bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır”.

Lakin Ermənistanda kilsənin dəstəyi ilə başlanan etirazlara görə, proses rəsmi İrəvan tərəfindən dayandırılıb. Bu gün hansı qərarın veriləcəyi bəlli olacaq. Sərhəd dirəklərinin ermənilərin məskunlaşdığı Tavuşun Kirants kəndinin ortasından keçəcəyi, kənddəki körpünün Azərbaycan sərhədləri daxilinə düşəcəyi gözlənilir.

"Hraparak” nəşri yazır ki, hazırda Kirants kəndində quraşdırılmayan 3 sərhəd dirəyi qalıb.

"Hakimiyyətin hansı qərarı verəcəyi bu gün bəlli olacaq. Protokol imzalanmalıdır, lakin bunun nəticəsində sərhəd dirəklərinin kəndin ortasından keçəcəyi, yoxsa fərqli qərar veriləcəyi bilinəcək”, - nəşr yazır.

"Azadlıq radiosu”nun erməni xidməti (azatutyun) məsələ ilə bağlı Ermənistan sərhəd komissiyasının rəhbəri, baş nazirin müavini Mher Qriqoryanın ofisindən münasibət öyrənməyə çalışsa da, buna nail ola bilməyib.

Erməni baş nazir Nikol Paşinyan mayın 7-də bildirib ki, Tavuş istiqamətində sərhədin demarkasiyası 9 faiz tamamlanıb. Əsas problemli ərazi Kirants hissəsindədir. Bu istiqamətdə demarkasiya edilməli 3 nöqtənin olduğu deyilir.

"Azatutyun” da qeyd edir ki, ötən həftədən etibarən demarkasiya prosesi dayandırılıb: "Kənd körpüsü, məktəb və bir neçə fərdi evlə bağlı mübahisəli məqamlar həllini tapmayıb. Hələlik bu 3 nöqtədə demarkasiyasının necə aparılacağı bəlli deyil. O da bəlli deyil ki, bu 3 nöqtədə sərhəd müəyyən edilmədən protokol imzalanacaq, yoxsa sənədin imzalanması təxirə salınacaq”.

Radiodan bildirilir ki, artıq demerkasiya olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxıb-çıxmadığı da məlum deyil. Baş nazirin ofisi bildirib ki, demarkasiyadan sonra qoşunların çıxarılması qısa müddətdə həyata keçiriləcək.

Hakim "Mülki müqavilə” fraksiyasının deputatları bu məsələ ilə bağlı suallardan yayınıb. Onlar arasında yalnız Qaqik Melkonyan bildirib ki, Tavuş sektorunda sərhədin tam demarkasiyasından sonra Ermənistan qoşunları öz mövqelərinə doğru geri çəkiləcək.

Melkonyan Kirantsda demarkasiyanın niyə dondurulduğunu da açıqlayıb. Bildirib ki, Kirantsda Azərbaycanla razılaşdırılmalı olan yerlər var, misal üçün, körpü, yaxud buna bənzər digər yerlər: "Burada təhlükəli heç nə yoxdur, sadəcə məsələ razılaşdırılmalıdır”.

Melkonyan demarkasiyanın dayandırılmasına etirazların səbəb olduğu fikrini təkzib edib.

Son xəbərlər

QÜDRƏT QURBANOVA YENİ VƏZİFƏ VERİLDİ - Heydər Əsədovun yerinə gətirildi

“Bakı 4 №-Li Yol İstismarı“ MMC-nin asvalt zavodu ekoloji problem yaradır -Fazil Musayev niyə cərimələnmir?

RÜSTƏMOV BU RAYONDAKI ƏMLAKLARINI DA SATIŞA ÇIXARIB – Torpaq sahələri, villalar, obyektlər...

Azərbaycanda polkovnik saxlanıldı

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Ayın 30-da, saat 06:00-dan... — Sürücülərə xəbərdarlıq

Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

Yanğına görə Xəzər TV-nin binası boşaldılır

Bakının tikinti mafiozu: üzərində həbs olan Rauf Əliyevi bu qurumlar himayə edir...

Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ

Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

Xarici şirkətin Azərbaycan nümayəndəliyi bədbəxt hadisənin baş vermə faktını gizlədib?

Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?

Lənkəranda bələdiyyənin sənəd və torpaq "saxtakarlığı": Təmirlan Rzayev kimə arxalanır?

İnsanı 17 növ xərçəngdən qoruyan içki

Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

İlham Əliyev Zəfər parkında

Netanyahu Livanda atəşkəslə bağlı danışıqlar apardığını açıqladı

Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT

Zelenskinin adına ticarət nişanı qeydə alındı

Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyanı dəyişdirməyə hazırıq - Paşinyan

Azərbaycanda Anım Günüdür

Dövlət Departamentinin Ceyhun Bayramovla Mirzoyanın görüşü ilə bağlı BƏYANATI

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Bütün xəbərlər