Gündəm

Suraxanıda  "açıq bazar" -  Qanunsuz tikintilərə  "xeyir-dua"nı kimlər  nə  qarşılığında verirlər ? // VİDEO  + FOTO

Suraxanı rayonu Hövsan qəsəbəsində aparılan qanunsuz tikintilər barəsində daha bir məlumat.

"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza Suraxanı rayonu Hövsan qəsəbəsində qanunsuz tikintilərin davam etirildiyi barəsində məlumatlar və fotoşəkillər daxil olmuşdur.

Ötən yayımlarımızda "Oktay Şabanov küçəsində, "Çöllük" adlanan ərazidə inşa olunan və hazırda tikilməkdə olan yaşayış evlərinin görüntülərini və barələrində məlumat dərc etmişdik. Eyni zamanda, həmin məlumatlar əsasında aidiyyatı üzrə Şəhərsalma və Arxitektura Komitəsinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və Suraxanı rayon İcra Hakimiyyətinə agentliyimiz tərəfindən rəsmi sorğular da ünvanlamışdıq.

Şəhərsalma və Arxitektura Komitəsi də ölkə başçısının müvafiq fərmanlarını rəhbər tutaraq, baxılması üçün məlumatları Suraxanı rayon İcra Hakimiyyətinə, surətini isə redaksiyamıza göndərmişdi. Lakin, təəssüflər olsun ki, nə ictimailəşən görüntülər, nə aidiyyatı qurumun məktubu, nə qanunlar, nə də ölkə başçısının müvafiq fərmanı Suraxanı rayon İcra Hakimiyyətini zərrə qədər narahat etmədi. Əmlak Məsələləri Dövlət Komitəsi də eyni icra başçısı Əziz Əzizov kimi laqeydlik nümayiş etdirir. Baxmayaraq ki, qeyd etdiyimiz ərazilər Kənd Təsərrüfatı təyinatlı torpaq sahələri olduğu üçün, birbaşa cavabdeh qurum məhz Əmlak Məsələləri Dövlət Xidmətidir.

Yeri gəlmişkən, bu dəfə də təqdim edəcəyimiz görüntülər məhz yuxarıda qeyd etdiyimiz dövlət qurumlarının cavabdehlik daşıdığı qanunsuz tikintilərdir.

Gördüyünüz bu tikintilər Hövsan qəsəbəsində, "Quşçuluq" massivində və Hərbi şəhərciyə gedən yolun sağ tərəfindəki böyük ərazidə aparılır. Hansı ki, həmin ərazilər də Kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Bu ərazilərdə ev tikib yaşayan sakinlər artıq, oradan torpaq almaq istəyənlərə mərhəmət nümayiş etdirərək, "qardaş burdan uzaq dur, buralarda heç bir sənəd vermirlər, hamımız havadayıq, gözümüzü ölkə başçısının qanunsuz tikintilərlə bağlı sərəncamına dikmişik, görək nə olur ", deyə xəbərdaredici tövsiyyə verirlər.

Əslində, onların narahatlığı başadüşüləndir. Heç bir sənəd olmadan, təsərrüfat sahələrində məskunlaşıblar, özü də bu onlara çox baha qiymətə başa gəlib. Onların sözlərinə görə, əvvəllər tikinti üçün 4.000 (dörd min) manata aldıqları "icazə"nin qiyməti, son 2 ildə 10.000 (on min) manata qaldırılıb. Buna səbəb isə tikinti üçün cavabdeh qurumların ( Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İcra Hakimiyyəti və digər) çoxalmasının olduğunu deyirlər.

Sakinlər deyir, "bizə heç bir sənəd vermirlər, sadəcə görməzdən gəlmək üçün bizdən on min manat alırlar, amma deyiblər ki, ölkə başçısının sərəncamı var ki, qanunsuz tikintilər sənədləşdiriləcək. Görək də nolur..."

Bəs pulu hansı quruma verirsiniz sualına isə, "Suraxanı icra hakimiyyətinə" cavabını aldıq.

Görünür, İcra başçısı kürsüsünə ilk dəfə Cəlilabad rayonunda oturan və elə səlahiyyətlərindən istifadə etməklə sərvət qazanma təcrübəsinə də orada başlayan Əziz Əzizov nə Neftçaladakı böyük təsərrüfat sahəsi, nə Yasamal rayonundakı biznes mərkəzi, iaşə obyektləri, yaşayış binası və sair ilə kifayətlənməyib, Suraxanı rayonundan doya-doya yaralanmağın yolunu tapıb.

Nə də olsa illərin təcrübəsi var....

Yeri gəlmişkən, o, qədər xərc çəkib, Hövsan qəsəbəsi ərazisində ev tikən sakinlərin daha bir narazılıqları kommunal xidmətlərin (qaz, işıq, su, kanalizasiya xətlərinin) olmaması, olsa belə bərbad vəziyyətdə olmasındandır.

Məsələn, Bakı şəhər, Hövsan qəsəbəsi, E. Qasımov küçəsi, bina 15, mənzil 48 də müvvəqəti yaşayan, Müharibə əlili, Prezident təqaüdçüsü ehtiyyatda olan mayor Novruzov Rövşən Rafail oğlunun redaksiyamızın elektron poçt ünvanına göndərdiyi müraciətində və aşağıda təqdim etdiyimiz bu fotoşəkillərdə bunu aydın görmək olar.

Suraxanıda  "açıq bazar" -  Qanunsuz tikintilərə  "xeyir-dua"nı kimlər  nə  qarşılığında verirlər ? // VİDEO  + FOTO

Suraxanıda  "açıq bazar" -  Qanunsuz tikintilərə  "xeyir-dua"nı kimlər  nə  qarşılığında verirlər ? // VİDEO  + FOTO

Suraxanıda  "açıq bazar" -  Qanunsuz tikintilərə  "xeyir-dua"nı kimlər  nə  qarşılığında verirlər ? // VİDEO  + FOTO

Suraxanıda  "açıq bazar" -  Qanunsuz tikintilərə  "xeyir-dua"nı kimlər  nə  qarşılığında verirlər ? // VİDEO  + FOTO

Rövşən Novruzov həyət qapısının önündəki kanalizasiya xəttinin bərbad vəziyyətdə olmasından gileylənir.

Şəkillərdə də gördüyünüz kimi ətrafda bütün tikintilər yenidir, yol da, kanalizasiya xətti də bərbad vəziyyətdə.

Bu isə o, deməkdir ki, Suraxanı rayon rəhbərliyi sakinləri iddiasına görə verilən o, məbləğlər qarşılığında "gözünü elə yumub ki", ümumiyyətlə nəinki qanunsuzluqları, heç problemləri belə görmür.

Bir sözlə, vətəndaşlara yaşayış sahəsi kimi satılan bu ərazilərdə yaşayanlar sözün əsl mənasında taleyin və öz "fantastik bacarıqlarının" ümidinə buraxılıblar. Yəni, bu insanların yaşamaq üçün tələb olunan bütün kommunal xidmətləri əldə edə bilmək üçün ixtiraçı olmaqları mütləqdir.

Qaldı ki, yollara, bunu deməklə olmaz, növbəti günlərdə, yolların və digər qanunsuz tikintilərin görüntülərini təqdim edəcəyik.

Diqqətiniz bizdə olsun.

P.S: Yazıda təqdim etdiyimiz məlumatlar barəsində Əmlak Məsələləri Dövlət Xidmətinə, Şəhərsalma və Arxitektura Komitəsinə və Suraxanı Rayon İcra Hakimiyyətinə redaksiyamız tərəfindən rəsmi sorğular göndərilib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər