Gündəm

Abşeronda qanunsuz tikintilərə  "krişalıq"  etdiyi deyilən Nurlan Həsənovu icra başçısı ilə nə bağlayır? - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Masazırda qanunsuz tikintiləri himayə edir.

"MUMtv.az" bildirir ki, bu barədə Abşeronun Masazır qəsəbəsində yaşayan bir qrup sakin "Arqument.az"a məlumat verib.

Onların sözlərinə görə, Masazır qəsəbəsində qanunsuz tikintilər gündən günə daha da geniş vüsət alır. Tikinti normativlərinə və mövcud qanunvericiliyə uyğun aparılmayan tikintiyə isə aidiyyatı dövlət qurumları "yaşıl işıq" yandırıb.

Sakinlər qeyd edir ki, sürüşmə zonası olan Masazır qəsəbəsi bir neçə maklerin girovuna çevrilib. Bu maklerləri isə birbaşa Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri himayə edir.

Şikayətdə bildirilir ki, Masazırda gölü adlanan ərazidə aparılan qanunsuz tikintiyə Abşeron rayon icra hakimiyyətinin şöbə müdiri Nurlan Həsənov "krışalıq" edir.

Masazır qəsəbəsində göl adlanan ərazidə tikinti işlərini "Gold House" şirkəti aparır.

"Gold House" şirkətinin Elçin adlı nümayəndəsi mediaya açıqlamasında dolayısı ilə tikintinin qanunsuz aparıldığını bildirmişdi. Belə ki, şirkət nümayəndəsi göl adlanan ərazidə apardıqları tikinti barədə danışarkən: "Sənədimiz olmasa da, cavabdeh qurumdan icazə alırıq", - deyə bildirmişdi.

Masazır sakinləri vurğulayırlar ki, qəsəbədə təbii göllərin işbazlar tərəfindən doldurulması və yerində ev tikilib satılması barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə, Fövqaladə Hallar Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat veriblər. Lakin indiyədək heç bir qurum əraziyə baxış keçirməyib.

Abşeron rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir.

Yerli mediada Nurlan Həsənov Fərzəliyevin "qara kassası" kimi xarakterizə olunur. Onun icra başçısının tikinti biznesini idarə etdiyi iddia edilir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmadı.//civilazerbaijan.com

Abşeronda qanunsuz tikintilərə  "krişalıq"  etdiyi deyilən Nurlan Həsənovu icra başçısı ilə nə bağlayır? - FOTO

Abşeronda qanunsuz tikintilərə  "krişalıq"  etdiyi deyilən Nurlan Həsənovu icra başçısı ilə nə bağlayır? - FOTO

Abşeronda qanunsuz tikintilərə  "krişalıq"  etdiyi deyilən Nurlan Həsənovu icra başçısı ilə nə bağlayır? - FOTO

Abşeronda qanunsuz tikintilərə  "krişalıq"  etdiyi deyilən Nurlan Həsənovu icra başçısı ilə nə bağlayır? - FOTO

Abşeronda qanunsuz tikintilərə  "krişalıq"  etdiyi deyilən Nurlan Həsənovu icra başçısı ilə nə bağlayır? - FOTO

Abşeronda qanunsuz tikintilərə  "krişalıq"  etdiyi deyilən Nurlan Həsənovu icra başçısı ilə nə bağlayır? - FOTO

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər