Gündəm

AYNA 7,6 milyonluq tenderi riskli vergi ödəyicisi olan şirkətə necə verib? - İLGİNC FAKTLAR

MUMtv.az: - “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi Agentliyin fəaliyyət istiqamətləri üzrə digər informasiya sistemlərinin yaradılmasına dair işlərin satın alınması üzrə 02.10.2023-cü il tarixdə başladığı dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan aşıq Tender müsabiqəsinə yekun vurub və “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyəti ilə 7.600.380 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.01.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlamışdır.

Tenderin şərtlərinə görə QSC müqavilənin bağlandığı tarixdən 40 təqvim günü ərzində AYNA-nın nəzarət funksiyalarını həyata keçirən əməkdaşları üçün “İnzibati xətalar” informasiya altsisteminin yaradılması, “Elektron rəy” informasiya sisteminin yaradılması, “Müntəzəm avtobus marşrutlarının monitorinqi (AVM)” sistemi”nin yaradılması,“Reysqabağı texniki yoxlama və tibbi müayinə” informasiya sisteminin yaradılması, “E-taksi” altsisteminin yaradılması xidmətlər göstərəcək.

Amma maraqlı hal orasındadı ki,başqalarına 40 günə informasiya sistemləri yaradan QSC özünə 8 ildə bir veb səhifə, bir portal belə yaradıb üzə çıxarmayaıb. Açıq mənbələrdə 8 milyon manat civarında dövlət sifarişi alan adı çəkilən Qapalı Səhmdar Cəmiyyəti barədə heç bir məlumat yoxdu. Maraqlıdır özünün sadə bir veb-səhifəsi belə olmayan QSC AYNA-nın informasiya sistemlərinin yaradılması işlərini necə həyata keçirəcək.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin 10.02.2016-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000.00 manat olan MMC-nin hüquqi ünvanı , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev 117C, RİTZ PLAZA, m. 6-cı MƏRTƏBƏ, qanuni təmsilçisinin isə Hacıyev Oqtay Rafiq oğlu olduğu göstərilir.

“AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi Həbibov Ədalət Nurəddin oğludur. Açıq internet mənbələrində onun da barəsində heç bir məlumat yoxdu. QSC-yə 31.10.22 – 12.06-23 -cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti – dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edən “ADY Ekspress” MMC-nin direktoru olmuş Vüqar Mirqasımov Kamil oğlu da rəhbərlik edib.

QSC haqqında məlumat bu qədər. Bir də Dövlət Verği Xidmətinin məlumatlarında göstərilir ki, “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinə vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Verği Xidmətinin məlumatlarında həmçinin göstərilir ki, “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmiləri 8 milyon manat civarında satınalma müqaviləsi bağlayında “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisi olduğunu görməyiblərmi?

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir. O, buna qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib.//Aktualinfo.org


Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Bütün xəbərlər