Gündəm
Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Foto
Ekologiya Nazirliyində şübhəli TENDER MÜQAVİLƏSİ - FOTO

"DogruXeber.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11.01.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "Elektron Hökumətin İnkişafı Mərkəzi" Publik Hüquqi Şəxsi (VÖEN: 1503985871) ilə tender müqaviləsi bağlaması haqqında məlumat dərc edilib. Müqavilənin müddəti 05.01.2022-ci il tarixindən, 3112.2022-ci il tarixinə qədər göstərilir.

Lakin qeyd edək ki, Satınalma Portalında "“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) təkmilləşdirilməsi istiqamətində yeni modulların yaradılması, mütəmadi texniki xidmətin göstərilməsi və sistemin müvafiq serverlərdə saxlanılmasının 1 (bir) illik dövr üçün xidmətinin satın alınması" məqsədilə, 119998.92 (yüz on doqquz min, doqquz yüz doxsan səkkiz - doxsan iki) AZN məbləğlə bağlanmış müqavilənin katirovka sorğusu barəsində heç bir məlumat göstərilməyib.
Bu isə bəzi şübhələr doğurur.
Qarşı tərəfin də bu barədə açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.
DogruXeber.az