Gündəm

Elçin Əmirov yenə də iş başındadır – Şəkidəki əməllərini Bakıda təkrarlayır

MUMtv .az: - Azərbaycanda dövlət qurumlarının korrupsiya hallarına yol verdikləri sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Hesablama Palatası tərəfindən dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesabatda qeyd olunur ki, əsas maliyyə pozuntularının qeydə alındığı sahələrdən biri də dövlət satınalmalarıdır. Palatanın hesabatlarında açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir. Lakin bir çox dövlət qurumları və onların rəhbərləri dövlət əmlakından səmərəli istifadə etmək əvəzinə, dövlətin onlara etibar etdiyi əmlakı talamaqla məşğuldurlar. Bununla bağlı son dövrlər elektron media resurslarında yayılmış kifayət qədər ciddi məlumatlar tapmaq olar. Satınalmalarının şəffaf keçirilməməsi ilə bağlı belə bir məlumatı da biz əlavə etmək istərdik.

Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə təhlükəli tullantıların pasportunun satınalınması” üzrə keçirmiş olduğu kotirovka sorğusuna yekun vurub və 02.05.2023-cü il tarixdə “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib. Sözügedən portalda Baş Səhiyyə Mərkəzi kotirovka sorğusunun 26.04.2023-cü il tarixdə başladığını göstərib və qeyd edib ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Buradan suallar yaranır. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi satınalmanı dövlət satınalmalarının vahid internet portalında keçirməmişsə elan hansı mətbu nəşrdə dərc olunmuşdur? Dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu prosedurunun 26.04.2023-cü il tarixdə başladığı göstərilir. Müqavilə isə 02.05.2023-cü il tarixdə bağlanılıb. Bu isə 7 gün edir ki, onun iki günü şənbə və bazar günlərinə düşür. Qalır 5 gün. Mövcud qanuna görə mümkündür. Amma deyəsən Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin rəhbərliyi 5 gün ərzində birbaşa müqavilə bağlamağa çox tələsib. Çünki müsabiqə başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu müsabiqəsinin başlanma tarixini 26.04.2023-cü il göstərən Tender Komissiyası 03.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54 manat məbləğində birbaşa satınalma müqaviləsinin bağlanıldığını elan edib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, GENERAL ŞIXLİNSKİ, ev 59, m. 4, qanuni təmsilçisi kimi isəAğayev Gülbala Etibar oğlu qeyd olunub.

Məlumat üçün xatırlatmaq istərdik ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin direktoru Elçin Əmirovdur. O, sözügedən vəzifənin başına keçməzdən əvvəl Şəki rayon Mərkəzi Xəstəxanasının Baş həkimi olub. Bir neçə dövlət qurumunun 2019-cu ildə Şəkidə apardığı kompleks yoxlamalardan sonra xəstəxanada ciddi maliyyə pozuntularına yol verildiyi aşkar olunub. Məlum olub ki, Şəki Mərkəzi Xəstəxanasında dəftəxana ləvazimatları və təsərrüfat malları adı altında hər il 100 min manatdan çox dövlət vəsaiti mənimsənilib. Bundan sonra Elçin Əmirov tutduğu vəzifədən kənarlaşdırılıb. Hətta barəsində cinayət işinin başlanıldığı da söylənilir. Buna baxmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə 2021-ci ilin oktyabrında Elçin Əmirov Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə direktor təyin olunub.

Görsənən odur ki, Elçin Əmirov Şəkidə yol verdiyi qanun pozuntularını Bakı Baş Səhiyyə Mərkəzində də davam etdirir. TƏBİB-in sədri Vüqar Qurbanov da, Səhiyyə naziri Teymur Musayev də , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev də ona bu işlərədə geniş şəraitlər yaradırlar.//Aktualinfo.org


Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər