Gündəm

Tibbi Sığorta Agentliyindən 11 ay ərzində 20 milyonluq tender udan “ORN GROUP” kimə məxsusdu? - ARAŞDIRMA

MUMtv.az: - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə 06.06.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və 28.07.2023-cü il tarixdə “ORN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.071.218,56 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bu barədə Dövlət Agentliyi dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Bu məlumat ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, sözügedən MMC ötən il də “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi şəxsi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi- 4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 m2 olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş bir açıq tenderin də qalibi olub. Bu tenderdə isə “ORN GROUP” MMC Tibbi Sığorta Agentliyindən 4.144.710,67 manat məbləğində dövlət sifarişi alıb və 26.07.2022-ci il tarixdə satınalma müqaviləsi bağlanıldığı elan edilib.

Maraqlıdır, 11 ay ərzində dövlətdən 20 milyon manat civarında dövlət sifarişi almış bu MMC kimə məxsusdur? MMC-nin veb-saytında bildirilir ki, 2004-cü ildə Azərbaycanda, Bakıda qurulan ORN Group qarışıq podrat xidmətləri göstərən bütövlükdə podratçıya çevrilmişdir . Tikinti, daxili təchizat və mexaniki, elektrik və ictimai səhiyyə (MEP) sahəsində təcrübəmiz Mühəndislik, Satınalma, Layihələndirmə və Tikintidən istismara verilməsinə qədər tam həllər təqdim edir. Bakı Azərbaycanda yerləşən ofisimizlə ölkə daxilində işlərimizi peşəkar şəkildə yerinə yetirmək üçün lazım olan bütün icazə və lisenziyaları almışıq . Genişlənmə ehtiyaclarımıza və bütün Avropadakı şəbəkələrimizə görə, 2008-ci ildə şirkətimiz ORN GmbH Avstriyanın Vyanada təsis edilmişdir. ORN GmbH Azərbaycan vasitəsilə Avropa və Asiya arasında qüsursuz biznes və logistik əlaqəni təmin edən idxal və ixrac ticarəti, eləcə də beynəlxalq biznesin inkişafı ilə fəal şəkildə məşğul olur.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “ORN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.03.2007-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 129 500.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ŞƏMSİ BƏDƏLBƏYLİ, ev 102, m. 47, qanuni təmsilçisinin isə Bağırov Qəzənfər Füzuli oğlu olduğu göstərilir.

Elektron media resurslarında yayılmış məlumatlarda Qəzənfər Füzuli oğlu Bağırov həm də “ORN GİDA VE DERİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub. 2019-cu ildən MMC-nin adı dəyişdirilb və “ORN DEVELOPMENT” MMC kimi fəaliyyət göstərir. Hazırda isə sözügedən MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Elşən Rahil oğludur. Dövrü mətbuatda onun vaxtıilə evlərin alqı-satqısı ilə məşgul olması barədə məlumatlar var.

Apardığımız daha ətraflı araşdırmlar zamanı məlum oldu ki, “ORN GROUP” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Vəliyeva Tamara Əlibala qızı olub. Cəmi 20 manat nizamnamə kapıtalı olan MMC-yə 2011-ci ilə qədər Tamara Vəliyeva rəhbərlik edib. Ondan sonra MMC-yə Qəzənfər Bağırov rəhbərlik etməyə başlayıb.

Bəs dövlət qeydiyyatından 15 il əvvəl keçmiş, amma son bir ildə udduğu tenderlərlə məşhurlaşan “ORN GROUP” MMC-ni təsis etmiş Vəliyeva Tamara Əlibala qızı kimdir?

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma göstərir ki, Vəliyeva Tamara Əlibala qızı 1959-cu il təvəllüdlüdür. Beyləqan rayonunda anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, dramaturqdur. Vikipedia məlumatlarında sonuncu kitabının 2001-ci ildə nəşr olunduğu göstərilir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 11 ay ərzində “ORN GROUP” MMC ilə 20 milyon manat civarında iki satınalma müqaviləsi bağlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında sözügedən MMC-nin Vəliyeva Tamara Əlibala qızı tərəfindən təsis edildiyi göstərilir. Hazırda MMC-nin qanuni təmsilçisi kimi Bağırov Qəzənfər Füzuli oğlu göstərilsə də Tamara Vəliyeva çox güman ki, təsisçilik hüququnu özündə saxlayır.

Açıq internet axtarış sistemləri üzərindən əldə etdiyimiz məlumatlarda Vəliyeva Tamara Əlibala qızının nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu yazılır. Burada iki sual yaranır. Azərbaycanda bir xanım yazıçının təsisçisi olduğu sıradan bir şirkətin 11 ay ərzində 20 milyon manata yaxın dövlət sifarışi alması nə dərəcədə realdır? Sözsüz ki, MMC bu dövlət sifarişlərini yüksək çinli məmurların tapşırığı ilə əldə edib. Yəni, şirkət Vəliyeva Tamara Əlibala qızı, Bağırov Qəzənfər Füzuli oğlu tərəfindən deyil, həmin məmurlar tərəfindən idarə olunur. Yəni, üçüncü bir şəxs daha var. O, üçüncü şəxs kimdir?//Aktualinfo.org


Son xəbərlər

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Bütün xəbərlər