Gündəm

Sülhməramlılar Qarabağdan bu tarixdə çıxır: Rusiya müddəti uzada bilərmi?

Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Qarabağdakı Rusiya sülhməramlılarının nə vaxt çıxacağını açıqlayıb. Nazir bildirib ki, liderlər səviyyəsində imzalanan üçtərəfli bəyanat var və orada sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub.

Qarabağda erməni separatizmi məhv edildikdən sonra da Azərbaycan ictimai rəyində "sülhməramlıların qalma müddəti uzadıla bilərmi” sualları hələ də müzakirə mövzularından biridir. Üç amil bunun mümkünsüz olduğunu deməyə əsas verir.

Birincisi, 10 noyabr bəyanatının özüdür: bəyanatın 4-cü bəndində qeyd olunur ki, "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”; yəni tərəflərdən biri – Azərbaycan, yaxud Ermənistan sülhməramlıların fəaliyyətinə xitam verilməsini istəsə, onların qalma müddəti uzadılmır; artıq həmin tərəflərdən biri – Ermənistan de-yure və de-fakto prosesin iştirakçısı deyil, beləliklə, 2015-ci ilin noyabr ayından sonra sülhməramlıların qalma müddətinin ümumiyyətlə uzadılmasının müzakirəsinə də ehtiyac yoxdur;

İkincisi, sülhməramlılara ehtiyacın qalmamasıdır: Rusiya kontingentinin əsas missiyası "atəşkəsə” nəzarət etmək və mülki əhalinin "təhlükəsizliyini” qorumaq idi, lakin, Qarabağdan Ermənistan ordusunun qalıqları çıxarıldığı, erməni separatizmi ləğv edildiyi və erməni əhalisi kütləvi şəkildə getdiyi üçün belə bir "əsas” qalmayıb;

Üçüncüsü, "mülki əhalinin qorunması” perspektivi də qalmayıb: erməni əhalisinin bir qismi yenidən Qarabağa köçərsə, hesab etmək olar ki, Rusiya bundan sülhməramlıların qalması üçün bəhanə kimi istifadə edəcək, hərçənd, praktiki olaraq bu variant da keçərli deyil:

- ermənilərin yenidən Qarabağa köçməsi perspektivi görünmür;
- əgər müəyyən bir qismi qayıtsa, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcək və bu o deməkdir ki, qayıdanlar rəsmi Bakının onların hüquq və təhlükəsizliyinin qorunması zəmanətini də qəbul edir;
- nə Rusiya sülhməramlıları, nə də hansısa başqa bir kontingent Azərbaycan dövləti ilə erməni vətəndaşları arasında hansısa rolu oynaya bilməz;

Bütün bunlar Rusiyanın sülhməramlıların Qarabağda qalma müddətini istəsə belə uzada bilmək imkanının olmadığını deməyə əsas verir.


Son xəbərlər

"Bu elementlər Azərbaycan Prezidenti ilə razılaşdırılıb" - Paşinyan

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Hansı formada yatmağınız xarakterinizdən xəbər verir

"Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm" - VİDEOŞİKAYƏT

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...

Bu akademiya publik hüquqi şəxsə çevriləcək

Sürücülərin nəzərinə: “Təmiz hava” aylığı başlayır

Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb — Paşinyan

Azərbaycanda "Ədalət" yalnız adam adıdır - FOTO+VİDEO

Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi

Nazirin müşaviri vəzifəsindən azad olundu

Nümayişçilərin prezident sarayına hücumu zamanı 26 əsgər yaralandı

Azərbaycan və Ermənistanın spikerləri bu tarixdə görüşəcəklər

XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqladı

"Trendyol"da çatdırılma niyə bahalaşdı?

Qumar oyunlarını reklam edən bloqerlərə XƏBƏRDARLIQ

"Arxları təmizləmək üçün bizdən pul yığırlar" - Birinci qrup əlildən ŞİKAYƏT

İlham Əliyev Şen Yueyueni qəbul etdi

Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlandı

Minimum əməkhaqqı nə qədər artacaq? - AÇIQLAMA

Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - FOTO

Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi

ƏDV-dən azad edilən mineral gübrələrin siyahısı təsdiqləndi

Bu şəxslər də təhsil krediti ala biləcək

Piylənmə xərçəng xəstəliyinə səbəb olur

Şuşaya növbəti köç karvanı yola salınıb

Zelenskidən Xarkovla bağlı açıqlama

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir

AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Göycayda qeyri-iş vaxtı işə çıxardılan fəhləni ilan sancdı... İDDİA

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

Bütün xəbərlər