Gündəm

“Sülhməramlılar Qarabağda qalacaq, çünki…” – Rusiya rəsmisindən KRİTİK AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Qarabağdakı sülhməramlıların taleyinin necə olacağını açıqlayıb.

"MUMtv.az" Sfera.az xəbər bununla bağlı Rusiya xarici işlər nazirinin müavini, MDB ölkələri ilə əlaqələrə nəzarət edən Mixail Qaluzi RBK-ya danışıb.

O müsahibəsində qeyd edib ki, sülhməramlıların Qarabağda varlığının davam etməsi Moskva ilə Bakı arasında müəyyən edilən kanallar vasitəsilə müzakirə ediləcək.

Nazir müavini bildirib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq.

Onun sözlərinə görə, sülhməramlıların qalmasını zəruri edən birinci məsələ Qarabağda qalan erməni sakinlərinin özünü rahat hiss etməsi ilə bağlıdır. Nazir müavininin qənaətincə sülməramlıların qalması Qarabağı tərk edən ermənilərin geri qayıtması üçün də əhəmiyyətlidir:

“Qarabağı tərk edənlərin bəzilərinin hansısa mərhələdə geri qayıdacağını istisna etmək olmaz. Sülhməramlıların olması bu insanlar üçün əlavə rahatçılıq yaradan amil olacaq”.

Qaluzin sülhməramlıların qalmasını tələb edən ikinci amilin Qarabağ erməniləri ilə Bakı arasında danışıqları davam etdirmək zərurəti ilə bağlı olduğunu vurğulayıb.

O xatırladıb ki, Bakı ilə Qarabağ erməniləri arasında təmaslar sülhməramlıların vasitəçiliyi ilə həyata keçirilir:

“Qarabağın gələcək inkişafı ilə bağlı çoxlu mürəkkəb məsələlər var. Bu məsələlər Rusiya sülhməramlılarının köməyi ilə Qarabağ erməniləri və Azərbaycan hakimiyyət orqanları arasında aparılan danışıqlarla həll olunur”.

Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20 tarixlərində keçirdiyi antiterror əməliyyatdan sonra Qarabağda yaradılan qondarma rejim ləğv edilib. Antiterror əməliyyatından sonra rejimin nəzarətində olan ərazilər də Azərbaycana təhvil verilib.

Bu prosesə uyğun olaraq ərazidə xidmət aparan Rusiya sülhməramlılarının müşahidə postları da yığışdırılır. Rusiya rəsmi dairələri bəyan edib ki, bundan sonra sülhməramlıların ərazidə qalması yalnız Bakı və Moskva arasında müzakirə olunacaq.

Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər