Gündəm
Gündəm / Cəmiyyət / Foto
Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...
![Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH... Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...](https://dogruxeber.az/uploads/posts/2024-05/thumbs/1715691742_nazvaniya-1.jpg)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən 1 mərtəbəli fərdi yaşayış evinin Reyesterdə qeydiyyata alınma tarixini səhv yazıb.
"MUMtv.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyəti vətəndaşa Abşeron rayonun Digah qəsəbəsi ərazisində 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verib.
Bu gün – 14.05.2024-cü il tarixi olduğu halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti barədə məlumatların Reyesterə daxil edilmə tarixini 19.05.2024-cü il olaraq qeyd edib.
![Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH... Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...](https://dogruxeber.az/uploads/posts/2024-05/thumbs/1715691725_1715688217_890.png)
Xatırladaq ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.