Gündəm

Abşeronda tikintiyə “icazə” qiyməti qalxdı - Fərzəliyevin "qara kassası" İŞ BAŞINDA

MUMtv.az: - Abdin Fərzəliyev Abşerona icra başçısı təyin olunanda rayon sakinlərinin ümüdü çox böyük idi.İnsanlar fikirləşirlərdi ki, Abdin Fərzəliyev rüşvətin, korrupsiyanın qarşısını birbaşa alacaq.

Amma təəssüf olsun ki,özbaşınalıq olacağı təbii ki, real görünür – mütləq və təkzibolunmazdır ki, bu şəbəkənin arxasında daha böyük fiqurlar var və onlar ölkə qanunlarına hörmətsizlik hesabına varlanmaqdadırlar. İlk günlər Abşeron icra hakimiyyəti rayon ərazisində aparılan tikinti işlərinin müəyyən vaxta qədər dayandırılmasını tikintilərin təftişi ilə əlaqəli olduğu bildirilirdi. Amma cumhuriyyet.az-a daxil olan məlumatlardan belə anlaşılır ki, İcra Hakimiyyətinin bu qadağasının arxasında qiymət artımı dayanırmış.

Abşeron rayonunda tikinti işləri bərpa olunub. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənova həvalə edilib. Tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir. Onu da bildirək ki, Nərimanov İcra Hakimiyyətinin “kilid adamı” olan İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri Nurlan Həsənov bu ilin fevral ayında Abşeron İH-də vəzifə ilə təmin olunub. N.Həsənov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini daşıyır. Məlumata görə şöbə müdiri vəzifəsindən çıxaraq Abşeron icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin olunan Nurlan Həsənovun bu vəzifəsi sadəcə formal xarakter daşıyır. Onun əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir.
Abşeronda tikintiyə “icazə” qiyməti qalxdı - Fərzəliyevin "qara kassası" İŞ BAŞINDA

Onu da bildirək ki, N.Həsənov haqda ölkə mediasında ilginc iddialar səslənib. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rast gəlinən məlumatlara görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin şikayətinə görə, Əhməd Rəcəbli küçəsi, 46 ünvanında yerləşən “Əlillər evi”innin ərazisini zəbt edən Nurlan Həsənov burda atası Həsən Həsənova və bacısı Südabə Həsənovaya villalar tikib. Digər bir məlumata görə isə Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov paytaxtda sahib olduğu mülkləri Abdin Fərzəliyevin yaxın adamı kimi Nurlan Həsənov idarə edib.

Mediada yer alan digər bir iddia isə xüsusilə diqqət çəkir. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılaraq oğurlanması, daha sonra yoxa çıxması ilə bağlı Elşad Abdullayevin ictimaiyyətlə paylaşdığı məlumatların birində göstərilir ki, ondan qardaşının azadlığa buraxılması üçün 500 000 ABŞ dolları tələb edilib. Bu tələblə bağlı danışığın həyata keçirilməsi üçün Arzu Kazımovskinin tövsiyyəsi ilə İçəri Şəhərdə ofisdə görüş baş tutub. Həmin görüşdə özünü idmançı kimi təqdim edən Nurlan Həsənov pulun tələb edilməsi ilə yanaşı Mahir Abdullayev haqqında etik olmayan ifadələr də işlədib. Nurlan Həsənov Arzu Kazımovskiyə bildirib ki, “Mahir Abdullayev qorxudan şalvarını doldursa da hələ dözür”. Elşad Abdullayevin dediyinə görə bunu deyən Nurlan Həsənov Mahir Abdullayevin oğurlanması və qarşılığında pul tələb olunması ilə bağlı rolunu etiraf etmiş olub. Elşad Abdullayevin bildirdiyinə görə O özü bu danışığa şahidlik edib. Cumhuriyyet.az bu məlumatlara istinadən bildirir ki, o zaman Baş Prokurorluq Nurlan Həsənovla bağlı axtarış elan etsə də məsələ ört basdır edilib.//realxeber.org

Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər