Gündəm

Boş torpağı olanlar üçün VACİB XƏBƏR: Bu zaman icazə veriləcək - VİDEO

MUMtv.az: - Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı ilə müəyyən edilmiş və 2023-cü il iyunun 1-nə qədər tikilmiş qeyri-yaşayış sahələrinin sahiblərinə mülkiyyət sənədlərinin təqdim edilməsi qaydaları açıqlanıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Fərmana əsasən, sözügedən binaların sahibləri 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarına müraciət edə bilərlər.

Müraciət 1 iş günündə Dövlət Xidmətinə göndərilir və 15 iş günü ərzində yer quruluşu planı tərtib edilir. Tikinti və onun yerləşdiyi torpaq sahəsinin planı elektron qaydada FHN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin qeyri-yaşayış binasının sahibinə göndərilir.

Əmlak sahibi isə tikinti layihəsinin memarlıq planlaşdırma bölməsini, qeyri-yaşayış binasının yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadrat metrdən çox olduqda isə mühəndis-axtarış işlərinə dair hesabatları və layihənin konstruksiya bölməsini FHN-ə təqdim etməlidir.
FHN 15 iş günü müddətində qeyri-yaşayış binasının istismara yararlılığını müayinə edərək rəy verir. Rəy və yerquruluşu planı elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Komitənin tabeliyindəki Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərilir.

Sənədlər üç iş günü müddətində təhlil edilir. Komitə və ya müvafiq yerli icra hakimiyyəti orqanı 5 iş günü müddətində qeyri-yaşayış binasının istismarına icazə verir və bu barədə məlumatı Tikintilərin Dövlət Reyestrinə göndərir.

İcazə sənədi üç iş günü ərzində Dövlət Xidmətinə göndərilir, qeyri-yaşayış binasına mülkiyyət hüququ dövlət qeydiyyatına alınır və çıxarış verilir.
Sözügedən qaydalarla isə aşağıdakı videoda tanış olmaq mümkündür://siam.az



Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər