Gündəm

“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni  texnologiyaların tətbiqinə hazırlaşır

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Satış və mübadilə mərkəzində Lixtenşteyn Knyazlığınının “CIT Coin Invest AG” şirkətinin rəhbər heyəti ilə işgüzar görüş keçirilib.

Görüşdə müasir numizmatika sahəsində inqilabi texnologiya hesab edilən “Smartminting” prosesinin yaradıcısı və sözügedən texnologiya üzrə patent sahibi olan beynəlxalq şirkətlə əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

Qeyd edilib ki, “AzerGold” QSC fəaliyyətinin bütün istiqamətləri üzrə, xüsusilə də istehsal sahəsində qabaqcıl texnologiyaların, innovativ yanaşmaların geniş tətbiqində maraqlıdır. Cəmiyyət 2019-cu ildən etibarən pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə çeşidlərininin
hazırlanmasında müasir və alternativ istehsal həlli olan “Smartminting” texnologiyasının üstünlüklərindən faydalanmaq niyyətindədir.

Daha sonra “CIT Coin Invest AG” şirkətinin istehsalat təcrübəsindən bəhs edilib. “Smartminting” texnologiyasının ən böyük üstünlüyünün qeyri-adi, mürəkkəb dizaynların detallarını dəqiqliklə əks etdirmək, 3 ölçülü və daha qabarıq formalarda relyefli sikkələri istehsal etmək olduğu bildirilib. Bu texnologiya əsasında hazırlanacaq məhsulların digər sikkə çeşidləri kimi alıcıların yüksək marağına səbəb olacağına əminlik ifadə edilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə satış bazarı üçün qızıl və gümüşdən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. Müxtəlif dizaynlarda hazırlanmış qızıl və gümüş sikkə kolleksiyaları ölkəmiz və onun tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni  texnologiyaların tətbiqinə hazırlaşır

“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni  texnologiyaların tətbiqinə hazırlaşır

“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni  texnologiyaların tətbiqinə hazırlaşır

“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni  texnologiyaların tətbiqinə hazırlaşır

“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni  texnologiyaların tətbiqinə hazırlaşır

“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni  texnologiyaların tətbiqinə hazırlaşır


Son xəbərlər

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Bütün xəbərlər