Gündəm

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində iştirak edir.

Sərgi pavilyonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən geniş abadlıq-quruculuq tədbirləri ilə bağlı yerli və xarici şirkətlər, dövlət qurumları tərəfindən təqdimatlar edilir, mövcud məhsul və xidmətlər sərgi iştirakçılarının diqqətinə çatdırılır.

“AzerGold” QSC-nin sərgi guşəsində isə Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğalı dövründə həyata keçirilmiş qanunsuz istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılan araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində icra olunan yerüstü axtarış-kəşfiyyat işlərinə dair məlumatlar verilir. Həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstəriciləri, hasilat bölgələrində həyata keçirdiyi çoxsaylı ekoloji və sosial məsuliyyət tədbirləri haqqında təqdimat, audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə
çatdırılır. Eyni zamanda sərgidə “AzerGold” QSC tərəfindən 2019-cu ildən ölkəmizin pərakəndə satış bazarına təqdim edilən qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr nümayişə çıxarılıb. Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı məhsullarsərgini ziyarət edən yerli və xarici vətəndaşların böyük marağına səbəb olur. Qonaqlara Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən“Heydər Əliyev Mərkəzi”, “Qobustan”, həmçinin Qarabağın tarixi-mədəni irsini tərənnüm edən “Qarabağ inciləri”, “Şuşa”, “Qarabağ xalçası: Çələbi”, “Xurşidbanu Natəvan” və digər qiymətli məhsullar barədə ətraflı məlumatlar verilir.

Qeyd edək ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş Qarabağın bərpası və inkişafına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” 21 oktyabr tarixinədək davam edəcək.

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir + FOTO

Son xəbərlər

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Bütün xəbərlər