Gündəm
Gündəm / Siyasət / Dünya
ABŞ Ukraynaya istismar müddəti başa çatmış raketləri təhvil verib
Amerika hakimiyyətinin Kiyevə verdiyi uzun mənzilli ATACMS raketləri Rusiya tanklarını vurmaq gücündə deyil.
"MUMtv.az" xəbər verir ki, bu barədə hərbi müşahidəçi Devid Ex “Forbes” jurnalına müsahibəsində deyib.
"ATACMS-in edə bilməyəcəyi bir çox şey var, o cümlədən ən qorunan döyüş maşınlarının məhv edilməsi...",- o, deyib.
Onun sözlərinə görə, bu cür raketlərin döyüş başlığında minə yaxın qumbaraya bənzər sursat var. Üstəlik, son dərəcə uğurlu bir vuruş olmadıqda, hər biri ayrı-ayrılıqda tanka ciddi ziyan vura bilməz.
Ex Ukrayna Silahlı Qüvvələrinin ABŞ-dən istismar müddətini başa vurmaq üzrə olan raketləri almasına da diqqət çəkib.