Gündəm

Şimali Koreya düyməni basdı... Tokio həyəcanlandı! İctimai zəng: Bunkerlərə gedin

MUMtv.az” Türkiyənin “ Hürriyət” qəzetinin bu güngü sayına istinadən xəbər verir ki, dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. Ukraynada müharibə tam sürətlə davam edir. Amma Ukraynadan minlərlə kilometr aralıda da münaqişə ehtimalı var. Çin və Tayvan arasında gərginlik davam etsə də, Koreya yarımadasında gərginlik pik həddə çatıb.

Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya dünyanın ən qapalı və “sirli” ölkələrindən biri hesab olunur.

İnternetə çıxışın məhdudlaşdırıldığı ölkədə milyonlarla insan tamam başqa “reallıqda” yaşayır.

Dünya ilə əlaqənin sərt şəkildə cəzalandırıldığı ölkə həm də son dərəcə böyük orduya ev sahibliyi edir.

Yaponiyanı təşvişə salan addım son vaxtlar hərbi xərclərini xeyli artıran Şimali Koreyadan gəlib.

Şimali Koreyanın raket təlimindən sonra Yaponiya təşvişə düşüb. Şimaldakı Hokkaydo adasında sirenlər səsləndiyi üçün hökumət fövqəladə vəziyyət elan edib.

Camaatı sığınacaqlara getməyə çağıran səlahiyyətlilər, daha sonra fövqəladə vəziyyət elanını ləğv ediblər. Baş nazir Fumio Kişida raketin Yaponiya torpaqlarına düşmədiyini bildirib .

Yaponiya rəsmiləri erkən xəbərdarlıq sistemində heç bir səhv olmadığını və Hokkayda ictimaiyyətinə edilən çağırışın məqsədəuyğun olduğunu bildiriblər.

Sahil mühafizəsi raketin dənizə düşdüyünü açıqlayıb. Şimali Koreya bu il raket təlimlərini intensivləşdirib.

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı Amerika silahları ilə hərbi təlimlər keçirməkdə ittiham edərək, ölkəsini nüvə zərbəsi endirməyə hazır olmağa çağırıb.

Bunun çəkindirici bir hərəkət olacağı iddiasını vurğulayan Kim, bu qiymətləndirməni etdi;

“Şimali Koreyanın nüvə gücü yüksək döyüş hazırlığı ilə düşmənin ehtiyatsız hərəkətlərini və təxribatlarını güclü şəkildə çəkindirəcək, onlara nəzarət edəcək və istiqamətləndirəcək və istənilən arzuolunmaz vəziyyətdə öz mühüm vəzifəsini tərəddüd etmədən yerinə yetirəcək”.

Digər xəbərə görə, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri AFP-yə verdiyi açıqlamada, Şimali Koreyanın cümə axşamı keçirdiyi təlimlər zamanı "ehtimal ki, bərk yanacaqdan istifadə etməklə yeni tip ballistik raket atdığını" bildirib.

AFP-nin məlumatına görə, Pxenyanın məlum olan bütün qitələrarası raketləri maye yanacaqla işləyir. Bununla belə, qurudan və ya sualtı qayıqlardan buraxıla bilən bərk yanacaqlı ICBM raketləri prezident Kim Çen Inın istəkləri sırasındadır.

Belə raketlərin saxlanması və daşınması daha asandır, həmçinin yüksək sürətdir. Buna görə də aşkar etmək və məhv etmək daha çətindir.
Birləşmiş Ştatlar isə Şimali Koreyanın “uzaq mənzilli ballistik raketlər” kimi xarakterizə etdiyi raketlərin həyata keçirilməsini pisləyib.

MUMtv.az
N.Məmərli


Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər