Gündəm
Gündəm / Dünya
Ukrayna Rusiyanın sursat karvanını məhv etdi
Ukrayna qoşunları İzium yaxınlığında yerləşdirilən düşmənin sursat kolonunu məhv edib.
"MUMtv.az" xəbər verir ki, bu barədə Odessa merinin mətbuat katibi Serhiy Bratçuk məlumat verib.
Onun sözlərinə görə, artilleriya hücumu düşmənin arxa hissəsində həyata keçirilib.
"Ukrayna artilleriyası İzyum yaxınlığında Rusiyanın sursat karvanını yandırıb. Düşmənin məhvi İzyumdan 20 kilometr aralıda, düşmənin arxa cəbhəsi hesab etdiyi ərazidə həyata keçirilib", - Bratçuk deyib.