Gündəm
Gündəm / Dünya
Kiyevdə Ukraynanın silah-sursat anbarı YANDIRILIDI
"Mərmi atəşindən sonra Kiyev vilayətinin Belotserkovski rayonunun Olşanitsa kəndində sursat anbarında yanğın baş verib".
"MUMtv.az" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Saat 06:30-a olan məlumata görə, sursat anbarında yanğın baş verib. Ukrayna Milli Qvardiyasının Novie Petrovtsi kəndindəki qərargahı yandırılıb”, - Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.
Çerniqov rayonunun Nejinskaya kəndinin komanda-dispetçer məntəqəsinin atəşə tutulması nəticəsində Milli Təhlükəsizlik Xidmətinin 3 əməkdaşı yaralanıb.